18:56 / 17-04-2025
Peskov: Rusiya-ABŞ əlaqələri davam edəcək
18:24 / 17-04-2025
Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17:56 / 17-04-2025
Nərimanov rayonunda bu tikintiyə kim icazə verdi?-Video
17:40 / 17-04-2025
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -Şər şəbəkəsi formalaşdırıb
17:04 / 17-04-2025
“İrşad Elektroniks” buna görə cərimələnə bilər - ÇÜNKİ...
16:31 / 17-04-2025
Sumqayıtda evdən kişi meyiti tapıldı
16:04 / 17-04-2025
Adil Əliyevi maraqlandırmayan QALMAQAL: məcburi köçkünə sahib duran yoxdur -VİDEO
15:37 / 17-04-2025
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/SENSASİYA
14:42 / 17-04-2025
Suraxanı rayon İcra Şöbəsi “SABAH” Construction şirkəti barədə qanuni qüvəssini almış QƏTNAMƏNİ hansı səbəbdən icra etmir?
14:20 / 17-04-2025
FHN su altında qalan bu təsərrüfata kömək etmədi - İLGİNC FAKT
13:16 / 17-04-2025
NHMT neftçilərin faciəli ölümünə REAKSİYA VERDİ - "...müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə cəlb edilirlər"
12:35 / 17-04-2025
BAKININ MƏRKƏZİNDƏ DAHA BİR QANUNSUZ SÖKÜNTÜ – Obyektini sökdülər, içindəki əşyaları oğurladılar... / Video
12:17 / 17-04-2025
“DEDİ Kİ, İSTƏYİRSƏN PREZİDENTƏ YOX, LAP SƏDDAM HÜSEYNƏ ŞİKAYƏT ET...” – Nazir Rəşad Nəbiyev tapşırıq verdi, işçiləri əməl etmədi
11:31 / 17-04-2025
Təhməzov ailəsinin "6-cı mərtəbə" sinin damı aşsüzənə dönüb - 35 milyonluq layihənin axırı.... İDDİA
10:55 / 17-04-2025
”Bakıxanov Residence”də evləri yağış damır -VİDEO
10:28 / 17-04-2025
Lökbatan qəsəbəsindəki "VİP LOMBARD" vətəndaşa fırıldaq gəlib - ŞOK FAKTLAR (VİDEO)
09:46 / 17-04-2025
“Zeytun Pharma”nın rəhbəri ölkədən nə qədər valyuta çıxarıb?
19:07 / 16-04-2025
Paytaxtda ekoloji fəlakətə rəvac verən 11 saylı RETSİ rəsi Qafar Ağayev məsuliyyətə cəlb olunacaq? - ARAŞDIRMALAR BAŞLADILIR
18:57 / 16-04-2025
“Uğur 777” klinikası ilə bağlı narahatlıqlar artır: xəstələrin şikayətləri səngimir - FOTOLAR
18:42 / 16-04-2025
Barəsində rüşvət qalmaqalı yaranan şəxsə yüksək vəzifə verdi — Nazirlikdən məsələyə reaksiya
18:21 / 16-04-2025
“Azərlotereya“nın cəmi 118 min manatlıq sponsorluq oyunu... -İLGİNC FAKTLAR
16:14 / 16-04-2025
Təcili yardım maşını da suda batdı - Video
15:47 / 16-04-2025
Azərbaycan Dəmir Yollarında qalmaqal: İşçiləri zorla işdən çıxarırlar -ƏGƏR MÜDAXİLƏ OLMAZSA...
15:11 / 16-04-2025
Deputat Əhliman Əmiraslanovun oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? -ŞİKAYƏT
14:26 / 16-04-2025
“LANDMARK” BİZNES MƏRKƏZİ SATILDI –Əməkdaşların işdən çıxarıldığı, xarici ofislərin bağlandığı bildirilir
13:21 / 16-04-2025
Sabirabadın Əhmədabad kənd məktəbini xarabalığa çevirən direktor Nəsibə Bağırova kimdir? - ŞOK SƏS YAZISI
12:59 / 16-04-2025
"Kəpəz" hospitalında əməliyyatdan sonra yataq xəstəsi oldu...-FOTOLAR
12:34 / 16-04-2025
Məhərrəm Talıbov və oğlu Samir Talıbov qohumlarla olan əmlakları ilə bağlı mübahisə
11:17 / 16-04-2025
Araz Paşayev Rüfət Mahmudu çıxılmaz duruma salıb
10:19 / 16-04-2025
Binəqədi rayonunda qanunsuz binanı kim inşa etdirir?
09:54 / 16-04-2025
"Tələbələrdən 350-500 manat pul alınır" - Şəkidəki kollecdə qalmaqal

Mədəniyyət Nazirliyi haqda şok fakt açıqlandı - işə qəbul xarici portal üzərindən...
Bölməyə aid digər xəbərlər

“Mədəniyyət Nazirliyi öz strukturlarında işə qəbulla bağlı elan verib. Hansısa qurumlarda direktor, müavin, müəllim işləmək istəyənlərin fərdi məlumatlarını xarici bir resursda - jotform.com üzərindən olan qeydiyyat forması əsasında qəbul edir. Əlbəttə, bu resurs dayanıqlı ola bilər, hansısa özəl qurum və ya layihələr bundan sərbəst istifadə edə bilərlər. Amma dövlət qurumunun belə addımları yolverilməzdir. Gərək nazirlik öz internet resursu üzərindən normal, təhlükəsiz bir sistem formalaşdırsın və bunun informasiya təhlükəsizliyi ilə bağlı auditini təşkil etsin”. Bunu İnternet Forumun prezidenti Osman Gündüz bildirib.
Forum prezidenti qeyd edib ki, nazirlik belə addımları, bu sahəyə cavabdeh qurumların - RİNN-in Elektron Təhlükəsizlik Xidmətinin, dövlət sektorunda İT auditlər keçirən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nəzarətindən kənar, həm də çəkinmədən rahatca ata bilir :"Yeri gəlmişkən, fərdi məlumatların təhlükəsizliyinə cavabdeh olan RİNN-in ETX qurumuna da yeni təyinat olub. Güman edirəm ki, Mədəniyyət Nazirliyi hazırladığı “jotform” resursu ilə sahəyə cavabdeh olan ETX-nin yeni rəhbəri Samir Rəsulov üçün də təbrik sürprizi hazlrlayıb. Ümid edirəm, RİNN və XRİTDX baş verənlərin fərqindədir".
Xatırladaq ki, Elektron Təhlükəsizlik Xidməti ölkə Prezidentinin 12 yanvar 2018-ci il tarixli fərmanına əsasən yaradılıb. Xidmət kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyasını, mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı, əhalinin, özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini və onlara metodiki kömək göstərilməsini təmin edən əlaqələndirici qurum olan dövlət orqanıdır.
Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə bu günlərdə yeni rəis təyin olunub. Bu vəzifə qurumun rəis müavini, indiyə qədər rəis vəzifəsini müvəqqəti icra edən Samir Rəsulova həvalə edilib.
O, rəhbərlikdə bir qədər əvvəl nazirliyin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinin müşaviri vəzifəsinə təyinat almış Şahin Əliyevi əvəzləyib.ə
102xeber.info-ın məlumayına görə, Osman Gündüz “Yeni Müsavat”a deyib ki, baş verənlərin məsuliyyəti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin üzərindədir: “Bu xidmətlər özlərindən hoqqa çıxarmamalıdırlar. Qanunvericilikdə tələb var ki, Azərbaycan vətəndaşlarının informasiyaları qorunmalıdır. Qorunmaya cavabdeh bu iki qurumdur. Bu iki xidmət baş verənlərə reaksiya vermirlər. Sanki baş verənləri heç görməyiblər. Onların gözləri qarşısında mərkəzi icra orqanı olan nazirlik qanunu açıq-aşkar pozub. İT təhlükəsizliyi dövlət büdcəsindən böyük pullar alırlar, amma iş görmürlər”.
Osman Gündüz deyir ki, dövlət qurumlarına İT xərcləri üçün kifayət qədər vəsait ayrılır: “Həmin vəsait hesabına özlərinin daxili informasiya sistemini yaratmalıdırlar. Xaricdə yerləşən resursdan istifadə etməli deyillər. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti onun auditini keçirməlidir. Təhlükəsizliyini test edəndən sonra həmin resurs istifadəyə verilməlidir. Çox böyük məsuliyyətsizlik olub və bunun necə baş verməsi suallar doğurur”.
Osman Gündüz “müvafiq resursların yaradılması üçün dövlət büdcəsindən ayrılan vəsait hara xərclənir” sualına “bu məsələ mənə qaranlıqdır” deyə cavab verib. Bildirib ki, ayrılan vəsaitdən səmərəli istifadə edilməməsi göz qabağındadır: “Dövlət büdcəsindən bu vəsait ayrılmırsa, bu xərclər üçün vəsait ayrılması üçün nazirlik müraciət etməlidir. Bu xərclərə vəsait ayrılmasa belə, gedib xarici resursdan istifadə etmək yolverilməzdir. Vətəndaşların şəxsi məlumatlarını xarici resurslarda yerləşdirilməsi onlardan digər məqsədlər üçün istifadəyə yol aça bilər”.
Tarix: 22-08-2023, 09:06
Bölməyə aid digər xəbərlər
26-07-2023, 15:27
164 saylı məktəbdə “tətillər” uzana bilər Direktor müəllimləri etiraz aksiyasına vadar edir..?
19-08-2023, 23:32
Prezident fərman imzaladı
28-07-2023, 14:03
Cənab Əmrullayev buralara bir göz gəzdirsin... - İTTİHAM VAR!