12:46 / 23-01-2025
Yeyinti Sənayesini bitirən Fuad Hacıyevin İdman Akademiyasında macəraları - Video
12:08 / 23-01-2025
Muxtar Babayev ölkəmizin qlobal ekoloji siyasətini necə axsadır... - Onun adı təsadüfən hədəf kimi seçilməmişdi...
11:35 / 23-01-2025
İnternat məktəbinin məzunu ona müavinət verilməməsindən ŞİKAYƏTÇİDİR - "Heç bir qurum mənə kömək etmək istəmir..."
11:07 / 23-01-2025
"İcranın işçisi məndən on min manat rüşvət istədi" - BU NƏDİ BELƏ?..
10:33 / 23-01-2025
“Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
10:08 / 23-01-2025
Bakıda nadir memarlıq nümunəsi dağıdılır – Rostropoviç bunu da alıb/VİDEO
09:28 / 23-01-2025
Cənab Ali Baş Komandan bizi xilas edin! Nuriyevlər Sabirabadda sabotajla məşğuldur
09:21 / 23-01-2025
“Katibə qalmaqalı” ilə gündəmə gələn Nazim Eynallının “ölü canlar” idarəsi…
08:54 / 23-01-2025
“AAAF Park”-da qanunsuz tikinti davam etdirilir – Obyekti Vüqar Sədizadə tikdirir?
19:00 / 22-01-2025
Göyçayda 5 tələbənin qidadan zəhərlənmədiyi məlum olub - YENİLƏNİB
18:36 / 22-01-2025
İki universitetimiz dünyanın nüfuzlu reytinqində
17:27 / 22-01-2025
Mətənət Əsədova Orxan Göyçaylı ilə “Tik-tok” da oyun keçirib 500 manatdan mərc etdilər-Video
16:32 / 22-01-2025
ARTİ və MÜTDA oyunları bitmir. Məktəblərdə hər şeyin yanlış olmasına gətirib çıxarır...
15:50 / 22-01-2025
"VƏZİFƏLİ MƏMURLAR UNİVERSİTETƏ GƏLMƏDƏN YÜKSƏK QİYMƏTLƏR ALIRLAR..." -"Onlara qayıb yazmaq qadağan olunub"
15:18 / 22-01-2025
Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...
14:27 / 22-01-2025
“Pilot Residence” MTK ilə bina sakinləri arasında qalmaqal böyüyür – Sakinlər Prezidentə müraciət etdilər
13:56 / 22-01-2025
500 milyardlıq yeni layihəni elan etdi
11:26 / 22-01-2025
Lisenziyasız,sertifakatsız fəaliyyət göstərən kosmetoloq- Aygun Məlikova dolğu və plazma terapiya həyata keçirir
10:50 / 22-01-2025
“AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
10:26 / 22-01-2025
Piyadanı vuraraq öldürən Azəriqaz İstehsalat Birliyinin baş müşaviri Nail Abdullayev niyə məsuliyyətə cəlb olunmayıb?
10:01 / 22-01-2025
"Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
09:25 / 22-01-2025
“Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? - Ekologiya nazirliyi məsələ ilə bağlı açıqlama verəcəkmi..
09:01 / 22-01-2025
BU NƏDİ BELƏ: Müştərini rəsmən ƏSİR GÖTÜRDÜLƏR... - TƏFƏRRÜAT
19:08 / 21-01-2025
Türkiyədəki yanğında ölənlər arasında azərbaycanlı YOXDUR
16:53 / 21-01-2025
MSK sədri: Ciddi qayda pozuntusunun qeydə alınacağı məntəqələrin üzvləri cəzalandırılacaq
16:18 / 21-01-2025
"Dövlət içində dövlət qurublar..." - GİLEY
15:03 / 21-01-2025
Daun xəstəsi olan uşağı sağlam çıxarırlar... - GİLEY
14:15 / 21-01-2025
Xırdalanda təhsili bazara çeviriblər - İTTİHAM VAR...
13:29 / 21-01-2025
Azərbaycan Prezidenti Donald Trampı təbrik edib
12:46 / 21-01-2025
AYNA-nın bu yoldakı problemləri bitib-tükənmir - VİDEO
Günün qoroskopu: Səbrli, təmkinli olun
Bölməyə aid digər xəbərlər
Qoç - uzun müddətdən bəri sizi və müttəfiqlərinizi narahat edən suallara cavab tapa biləcəksiniz. Bu gün yaranan ideyalar dəstək almayacaqlar. Sizə kömək edəcək insanları tapın. Yaradıcılıq potensialınızın səviyyəsi artacaq. Təhsildə və tədqiqatlarda uğurlar istisna deyil.
Günün ikinci yarısında detallara və təfərrüatlara xüsusi diqqət tələb edən iş olacaq. Yalnız özünüzü düşünərək ətrafınızda baş verən hadisələri qulaqardına vurmayın. Faktları təhlil edin, dürüst nəticələrə gəlin.
Axşam saatlarında normal istirahət edin.
Buğa - yaranan problemlərə səthi yanaşmayın, onları xırda məsələ hesab etməyin. İstənilən sədləri asanlıqla dəf edə biləcəyinizi düşünməyin. Çünki maneələri aradan qaldırmaq üçün xeyli səy göstərməli olacaqsınız. Qollarınızı çırmalayın, işləyin. İşinizi sizin əvəzinizə kimsə görən deyil.
Günün ikinci yarısında anlaşılmazlıq, mənasız və əsassız mübahisələr yaxınlarınızla təmaslarınızda problemlər yarada bilər. Situasiyanı zarafatla bərpa etməyə, normallaşdırmağa çalışmayın. Yaşlı qohumların dediklərinə qulaq asın.
Əkizlər - peşəkar fəaliyyət sahəsində məqsədə doğru aparan yolda qarşınıza çıxan sədləri dəf etmək imkanları yaranır. Qətiyyətli olun. Rəqibləri üstələmək üçün məqbul bildiyiniz bütün vasitələrdən istifadə edin. Vicdadınızı susdurmağa çalışaraq gerçəkləri görməməzliyə vurmayın. Rəğbət bəsləmədiyiniz, xəyanətkar insanlara yardım üçün müraciət etməyin.
Günün ikinci yarısında kəskin intuisiya və təxəyyül yaxınlarınızdan birinin niyyətini gerçəkləşdirməyə çalışın. Qəfil etiraflar istisna deyil. Yaşamınızda ciddi dəyişikliklər ola bilər.
Xərçəng - biznes planlar və ideyaların reallaşdırılması üçün əlverişli zamandır. Peşəkar fəaliyyətlə bağlı yeniliklər edə bilərsiniz. Yeni müttəfiqlər tapmaq, cari məsələlərin həlli üçün qeyri-standart yollardan faydalanmaq olar. Yeni ideyalarınızı dəstəkləyənlər az deyil.
Günün ikinci yarısında mövqelərinizi möhkəmləndirin. Nüfuzlu insanlar sizin tərəfinizdə olacaqlar. Xarici dillər öyrənmək üçün pis vaxt deyil.
Əldə etdiyiniz uğurlara rəğmən axşam saatlarına yaxın əhvalınız pisləşə bilər. Özünüzdən və ətrafınızdakı insanlardan narazı qalmayın. Aqressiv davranmayın. Sərtlik üçün heç bir səbəb yoxdur.
Alış-veriş uğursuz olacaq.
Şir - emosional fon əlverişlidir. Axşam saatlarınadək xoş əhval-ruhiyyədə olacaqsınız. Nikbin olun. Yaxın ətrafınızdakı insanlar sizə can atırlar. Yeni dostluq əlaqələri və romantik tanışlıqlar istisna deyil.
Günün ikinci yarısında çox işlərin öhdəsindən gələ bilərsiniz. Bir dəqiqənizi də boş keçirməyin. Sövdələşmə və anlaşmalar xeyir verə bilər.
Maliyyə fonu uğurludur. Bahalı əşyalar ala bilərsiniz. Dəvət aldığınız tədbirlərə qatılın. Həmkarlar və işgüzar tərəfdaşlarla qeyri-formal şəraitdə təmaslar, ünsiyyətlər xeyirlidir.
Qız - bu gün yaranacaq problemlər ilk baxışdan göründüyü kimi ağır, çətin deyil. Problemlərin miqyasını olduğundan artıq saymayın. Uğurlarla qələbələrinizi görmək istəmirlər. Hadisələrə fərqli baxış təklif edən insana qulaq asın. Pozitiv düşüncə sizə bir sıra nöqsanları çözməyə imkan verəcək.
Günün ikinci yarısı alış-veriş və investisiyalar üçün münasib deyil. Qüvvə və imkanlarınızı olduğundan artıq dəyərləndirməyin. Pullarınıza laqeyd yanaşmayın. Evdə və ofisdə qayda yaradın. Gərəksiz əşyalarla əlaqələrdən qurtulun. Belədə bədbinlikdən də yaxa qurtararsınız.
Axşam saatlarını aktiv istirahətə həsr edin.
Tərəzi - o qədər də uğurlu olmayan gündür. Problemlərin bir sırasının səbəbkarı sizsiniz. Unutqan, diqqətsiz olmayın. Önəmli məqamları nəzərdən qaçırmayın, illüziyalardan qurtulun, xəyallar aləmində gərdiş etməyin.
Baş verənlərə mühafizəkar yanaşan insanlarla aranızda münaqişə yarana bilər. Sizdən ənənələrə riayət tələb olunacaq. Aqressiv davranmayın.
Orqanizminizi sınağa çəkməyin. Ağır və yağlı yeməyi rasiondan çıxarın. Təzə meyvə-tərəvəzdən yararlanın.
Əqrəb - asan olmayan gündür. Fəaliyyət planını əvvəlcədən hazırlasanız və ən xırda məsələlərdə də dəqiqliyə riayət etsəniz, bir sıra problemlərdən qurtula bilərsiniz. İdeyalarınız ilk baxışdan göründüyü kimi yaxşı deyil. Onları gerçəkləşdirməyə tələsməyin.
Günün ikinci yarısında işgüzar danışıqlar uğurla keçəcək. İndiyədək arzuladığınız, cazibədar işgüzar əməkdaşlıq təklifləri ala bilərsiniz.
Axşam saatlarına yaxın əhvalınız pozula bilər. Neqativ reaksiyanıza səbəb olan hadisənin səbəblərini anlamağa çalışın.
Oxatan - başladığınız işləri yarımçıq qoymayın. İkinci dərəcəli məsələlərin həllini təxirə salmaq da mümkündür. Qüvvələrinizi qənaətlə sərf edin. Önəmli işlə məşğul olanda diqqətli və sərvaxt olun. Müttəfiqlərin təklif etdikləri yardımlardan yararlanın. Səlahiyyətlərinizi yardımçılarınızdan birinə həvalə edə bilərsiniz.
Günün ikinci yarısında şəxsi həyatınızda qəfil dəyişikliklər ola bilər. Yaşananlar sizi təəssüfləndirə bilər. Fəqət az sonra anlayacaqsınız ki, olaylar o qədər də pis deyil. Yaşlı qohumların məsləhətlərinə qulaq asın.
Oğlaq - çox parlaq, yaddaqalan, hadisələrlə zəngin gündür. Hadisələrin qeyri-adi məcrası, qəribə təsadüflər ola bilər. Maraqlı işlərlə məşğul ola biləcəksiniz. Niyyətinizi həyata keçirməkdə sizə yardımçı olacaq həmfikirlər və yoldaşlar da tapa biləcəksiniz.
Günün ikinci yarısı qonaq qəbul etmək üçün çox əlverişlidir. Rahat ortam yaradın, qonaqları darıxmağa qoymayın.
Dəvət aldığınız tədbirlərə qatılın. Təmas çevrənizi genişləndirə bilərsiniz. İşlərinizdə sizə yararlı ola biləcək insanlarla əlaqələri möhkəmləndirin.
Dolça - mahiyyət etibarilə pis gün deyil. Qısa müddətdə uğurlara nail olmayacaqsınız. Səbrli, təmkinli olun. Yaxşıt alış-veriş və ya investisiya imkanları yaranır. Nüfuzlu insanlarla dil tapmaq, rəğbət bəslədiyiniz insanlarda özünüzlə bağlı xoş təəssürat yaratmaq şansınız var.
Günün ikinci yarısında kobud səhvlərə və acı yanlışlıqlara yol verməyin. Sərt tənqidə reaksiya verməyin. Səfər və ya səyahət üçün əlverişli zaman deyil. Sevdiyiniz insanın sizə sürprizi var.
Balıqlar - yaradıcılıq potensialınızın səviyyəsi yüksəkdir. İdeyalarınız pis olmadığından yaxın ətrafınızdakı insanlar tərəfindən dəstəklənəcəklər. Qətiyyətli və əzmkar olun. Bugünkü qərarlarınız və ya əməlləriniz yaşımızın bir sıra sahələrində yeniliklərin təməlini qoya bilər.
Günün ikinci yarısında uzunmüddətli planlar qurmaq olar. Məqsədi dəqiqləşdirin, imkanlarınızı və potensialınızı dürüst qiymətləndirin. Belədə niyyətinizi reallaşdıra bilərsiniz.
Axşam saatları sürprizlər vəd edin. Qonaq gələ bilər.
Tarix: 20-08-2023, 10:00
Bölməyə aid digər xəbərlər
21-08-2023, 08:55
Günün qoroskopu: İşdə həmkarlarla dil tapın
31-08-2023, 09:30
Günün qoroskopu: Səbrli, təmkinli olun
9-09-2023, 11:30
Günün qoroskopu: Yaxınlarınızı anlamağa çalışın