09:45 / 01-02-2025
Avronun dizaynı dəyişəcək
“SOCAR”ın Qaz İxrac İdarəsi sabiq deputatın oğlu ilə ÇƏKİŞMƏDƏ - TƏFƏRRÜAT

 
“SOCAR”ın Qaz İxrac İdarəsi sabiq deputatın oğlunu məhkəməyə verib.
 
102xeber.info-ın 32gun.az-a istinadən məlumatına görə, eks-deputat Elxan Süleymanovun oğlu Ziya Süleymanovla qurum arasında mübahisəyə səbəb tikinti məsələsidir.
 
Belə ki, Göyçay Rayon Məhkəməsində hakim İbrahim Fəttahovun sədrliyi iləbaştutacaq məhkəmə işinin mahiyyyəti Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi məsələsindən ibarətdir.
 
Bildirək ki, “SOCAR”ın Qaz İxrac İdarəsinin rəhbəri Əkbər Hacı oğlu Hacıyevdir.
 
Xatırladaq ki, Elxan Süleymanov “Milli Məclisin 2010-2020-ci illərdə deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü olmuşdur.
 
Sabiq deputatın oğlu Ziya Süleymanov isə 2011-22 illərdə AR FHN Su Ehtiyatları Dövlət Agentliyinin rəis müavini vəzifəsində çalışıb.

Tarix: 18-08-2023, 09:36


Bölməyə aid digər xəbərlər