10:33 / 23-01-2025
“Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
10:08 / 23-01-2025
Bakıda nadir memarlıq nümunəsi dağıdılır – Rostropoviç bunu da alıb/VİDEO
09:28 / 23-01-2025
Cənab Ali Baş Komandan bizi xilas edin! Nuriyevlər Sabirabadda sabotajla məşğuldur
09:21 / 23-01-2025
“Katibə qalmaqalı” ilə gündəmə gələn Nazim Eynallının “ölü canlar” idarəsi…
08:54 / 23-01-2025
“AAAF Park”-da qanunsuz tikinti davam etdirilir – Obyekti Vüqar Sədizadə tikdirir?
19:00 / 22-01-2025
Göyçayda 5 tələbənin qidadan zəhərlənmədiyi məlum olub - YENİLƏNİB
18:36 / 22-01-2025
İki universitetimiz dünyanın nüfuzlu reytinqində
17:27 / 22-01-2025
Mətənət Əsədova Orxan Göyçaylı ilə “Tik-tok” da oyun keçirib 500 manatdan mərc etdilər-Video
16:32 / 22-01-2025
ARTİ və MÜTDA oyunları bitmir. Məktəblərdə hər şeyin yanlış olmasına gətirib çıxarır...
15:50 / 22-01-2025
"VƏZİFƏLİ MƏMURLAR UNİVERSİTETƏ GƏLMƏDƏN YÜKSƏK QİYMƏTLƏR ALIRLAR..." -"Onlara qayıb yazmaq qadağan olunub"
15:18 / 22-01-2025
Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...
14:27 / 22-01-2025
“Pilot Residence” MTK ilə bina sakinləri arasında qalmaqal böyüyür – Sakinlər Prezidentə müraciət etdilər
13:56 / 22-01-2025
500 milyardlıq yeni layihəni elan etdi
11:26 / 22-01-2025
Lisenziyasız,sertifakatsız fəaliyyət göstərən kosmetoloq- Aygun Məlikova dolğu və plazma terapiya həyata keçirir
10:50 / 22-01-2025
“AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
10:26 / 22-01-2025
Piyadanı vuraraq öldürən Azəriqaz İstehsalat Birliyinin baş müşaviri Nail Abdullayev niyə məsuliyyətə cəlb olunmayıb?
10:01 / 22-01-2025
"Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
09:25 / 22-01-2025
“Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? - Ekologiya nazirliyi məsələ ilə bağlı açıqlama verəcəkmi..
09:01 / 22-01-2025
BU NƏDİ BELƏ: Müştərini rəsmən ƏSİR GÖTÜRDÜLƏR... - TƏFƏRRÜAT
19:08 / 21-01-2025
Türkiyədəki yanğında ölənlər arasında azərbaycanlı YOXDUR
16:53 / 21-01-2025
MSK sədri: Ciddi qayda pozuntusunun qeydə alınacağı məntəqələrin üzvləri cəzalandırılacaq
16:18 / 21-01-2025
"Dövlət içində dövlət qurublar..." - GİLEY
15:03 / 21-01-2025
Daun xəstəsi olan uşağı sağlam çıxarırlar... - GİLEY
14:15 / 21-01-2025
Xırdalanda təhsili bazara çeviriblər - İTTİHAM VAR...
13:29 / 21-01-2025
Azərbaycan Prezidenti Donald Trampı təbrik edib
12:46 / 21-01-2025
AYNA-nın bu yoldakı problemləri bitib-tükənmir - VİDEO
12:14 / 21-01-2025
Binəqədi İcra Hakimiyyəti 9-cu mikrorayonda aparılan qanunsuz tikintiyə "göz yumur" -FOTOFAKT
10:17 / 21-01-2025
Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? -ŞOK FAKTLAR
10:16 / 21-01-2025
Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? -ŞOK FAKTLAR
09:51 / 21-01-2025
“Sea Breeze”dəki mənzillərdə problemlər var? - VİDEO
09:09 / 21-01-2025
Azərbaycanda vəzifəli şəxsin qızı faciəli şəkildə öldü - FOTO
Rüşvət, süründürməçilik və elektron sistemdən gözlənti: Diqqət bağçalara - Ekspertlər danışır
Bölməyə aid digər xəbərlər
İyulun 25-dən məktəbəqədər təhsil müəssisələrinə (bağça) uşaqların qəbulu başlayıb. Sentyabrın 1-nə qədər davam edəcək prosesi Elm və Təhsil Nazirliyi (ETN) həyata keçirəcək.
Nazirliyin açıqlamasında bildirilir ki, 1 uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsi seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum 5 gündən sonra həyata keçiriləcək. Növbə sorğuya çevrildikdən sonra valideyn və ya qanuni nümayəndə 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir, əks təqdirdə sorğu silinəcək və növbəli şəkildə digər uşağın qəbulu aparılacaq.
Son dövrlər bağçalarla bağlı bir çox dəyişikliklər həyata keçirilsə də, heç biri özünü doğrultmayıb. İllər əvvəl Nazirliyin balansında olan uşaq bağçaları sonradan yerli icra hakimiyyətlərinin tabeliyinə verilsə də, ötən il yenidən ETN-ə qaytarılıb.
Əksər valideynlər iddia edirlər ki, uşaq bağçalarına qəbul prosesi zamanı neqativ hallar yaşanmaqdadır. Yalnız aidiyyəti üzrə uşaq bağçasının müdiriyyəti ilə anlaşdıqdan sonra, daha konkret desək, rüşvət qarşılığında uşaqları yaxınlıqda yerləşən bağçalara yerləşdirmək mümkündür. Alınan rüşvət qarşılığında bağça müdirləri 20 uşaq tutumlu qruplara 40-45 uşaq yığırlar. Əks halda, bağçada yer olmadığı bildirilir və uşağı bağçaya götürməkdən imtina edirlər.
Elektron qəbul sistemi məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu zamanı yaşanan neqativ halların qarşısını alacaqmı? Yoxsa yenə valideynlər övladlarını yaxınlıqdakı bağçaya yerləşdirmək üçün əllərini cibinə atmalı olacaqlar?
102xeber.info-ın məlumatına görə, təhsil eksperti Kamran Əsədov AYNA-ya açıqlamasında deyib ki, uşaq bağçalarının sayı bağçayaşlı uşaqların sayı ilə uyğun gəlmir: “Əsas problem də məhz bundan qaynaqlanır. Bu gün Azərbaycanda təxminən 1700 uşaq bağçası və körpələr evi var ki, onların da təqribən 20 faizi Bakıda yerləşir. Ölkə üzrə bağçaların tutumu 130 minə yaxındır. Baxçayaşlı uşaqların sayı isə 800 mindir. Yəni, beş dəfədən də artıq fərq mövcuddur”. Ələlxüsus da, Abşeron rayonunda uşaqların bağçaya yerləşdirilməsində ciddi problemlər var. Bunun da əsas səbəbi Abşeron rayonunun inzibati ərazisinə daxil olan qəsəbələrdə yaşayışın çoxalmasıdır”.
“Elektron sistemin effektiv olmayacağı barədə müəyyən mülahizələr irəli sürülsə də, hesab edirəm ki, ən optimal və düzgün yol budur. Bu, qəbul zamanı rüşvətin qarşısını tam almasa da, azalmasına, kütləvi xarakter almasının qarşısını almağa xidmət edir. Hansı ki, buna qədər rüşvət vermədən uşaqların bağçalara qəbuluna nail olmaq faktiki olaraq mümkün deyildi”, - deyə həmsöhbətimiz bildirib.
Əsədovun sözlərinə görə, dövlət özəl uşaq bağçalarının inkişafına təkan verməlidir: “Dünyanın müxtəlif dövlətlərində, qardaş Türkiyədə də bu təcrübədən istifadə olunur və kifayət qədər müsbət nəticələri var. Özəl bağçalar şəbəkəsinin genişlənməsi, onlara vergi güzəştlərinin tətbiq olunması, xərclərin bir hissəsinin hökumət tərəfindən qarşılanması çıxış yolu ola bilər. Bunun əvəzində dövlət özəl bağçalardan qiymətləri minimuma endirməyi tələb edir. Yəni, kimsə dövlətin dəstəyindən və güzəştlərindən yararlanırsa, qiymət siyasətinin əlçatan olması onun qarşısına şərt kimi qoyulur. Bununla məktəbəqədər təhsil müəssisələrinin sayının artırılmasına nail ola bilərik”.
DİA.AZ-ın məlumatına görə, “Konstitusiya Araşdırmalar Fondu”nun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev də AYNA-ya şərhində söyləyib ki, elekton qəbul prosesi bu sahədə olan nöqsanları aradan qaldıracaq: “Açıq şəkildə söyləmək olar ki, məktəbəqədər təhsil müəssisələrinin müvafiq icra hakimiyyətlərinin balansına verilməsi effektiv olmadı. Bir çox hallarda bağça müdirləri boş yerlərin sayını valideynlərdən gizlədir və yalnız müəyyən maraqlar qarşılığında uşaqları bağçaya qəbul edirdilər. Bununla bağlı aparılan araşdırmalar zamanı ciddi faktlar ortaya çıxdı. Yüzlərlə bağça müdiri vəzifəsindən azad edildi”.
“Bundan öncə Təhsil Nazirliyinin tabeliyində olduğu dövrlərdə də bağçalara qəbul zamanı neqativ hallar yaşanırdı. Problemdən yeganə çıxış yolu elektron sistemin tətbiqiydi. Düzdür, elektron sistemin tətbiqindən sonra da müəyyən neqativ hallar mövcud olacaq. Bu, istisna edilmir. Lakin əsas məsələ odur ki, kütləvi xarakter almayacaq. Elektronlaşma birbaşa təması aradan qaldırır, korrupsiya imkanlarını məhdudlaşdırır, prosesə daha da şəffaflıq verir, eyni zamanda hesabatlılığın təmin olunmasına yeni imkanlar yaradır”, - deyə müsahibimiz vurğulayıb.
Nuriyev hesab edir ki, təkcə qəbul deyil, bağçaların fəaliyyəti də diqqət mərkəzində olmalıdır: “Bağçaların inkişafı, özəl bağçalar şəbəkəsinin genişlənməsi, dövlət dəstəyi, qiymət əlçatanlığı, tədris səviyyəsi, məktəbə hazırlıq prosesi, xidmət səviyyəsi, sağlam qidalardan istifadə və digər məqamlar da önəmlidir. Xüsusən peşəkar kadr hazırlığı, uşaqlara qulluq edən müəllim və tərbiyəçilərin psixoloji vəziyyəti də dərindən təhlil olunmalıdır. Bu sahədə olan beynəlxalq təcrübə Azərbaycanda da tətbiq edilməlidir”.
Tarix: 17-08-2023, 11:16
Bölməyə aid digər xəbərlər
25-07-2023, 11:14
Bu gündən bağçalara qəbul başlayır
27-07-2023, 12:09
Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə qəbul elan edildi
4-07-2023, 12:28
Bakıda təhsilin başını buraxıblar? - BUNUN BAŞQA ADI YOXDUR...
6-07-2023, 18:03
Bu boyda özbaşınalığı görmürlər? - BU NƏDİ BELƏ?