14:26 / 20-01-2025
35 il öncənin Bakısı - FOTO
Qətli 17 yaşlı qardaşı oğlu törədibmiş...

Qətli 17 yaşlı qardaşı oğlu törədibmiş...
 
Xəbər verdiyimiz kimi, avqustun 4-də saat 15 radələrində Balakən rayonunun Xalatala kənd sakini, 1976-cı il təvəllüdlü Zalxayev Şahin Əhməd oğlunun yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə,  polis və prokurorluq əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən  Ş. Zalxayevin qardaşı oğlu, 2006-cı il təvəllüdlü Zalxayev Əhməd Məhəmməd oğlu saxlanılıb. 
 
Faktla bağlı araşdırma aparılır.

Tarix: 5-08-2023, 09:40


Bölməyə aid digər xəbərlər