Xudat sakinlərinin halını anlayan gərək... - FOTOFAKT

Xudat sakinlərinin halını anlayan gərək... - FOTOFAKT
 
Xudat sakinləri DİA.AZ-a fotofakt yollayaraq dərdlərini anladıblar. Onlar yaşadıqlaqı ünvanda işıq dirəklərinin acınacaqlı durumundan giley edirlər.
Şəkildə təsvir olunan ərazi Xudat şəhəri, 2-ci şöbəyə aiddir. Sakinlər dia.az-a bildirir ki, dəfələrlə aidiyyatı qurumları xəbərdar etsələr də, onların probleminə diqqət ayıran olmayıb.
 
Qeyd edək ki, sakinlər bu acınacaqlı mənzərəni ironik şəkildə şərh də ediblər: "BUDURMU ALTI-ÜSTÜ QIZIL OLAN ÖLKƏNİN MƏNZƏRƏSİ?"
Məsələ diqqətimizdədir, olaraq bütün aidiyyatı olan qurum və şəxsləri də dinləməyə hazırıq...

Tarix: 3-08-2023, 18:51


Bölməyə aid digər xəbərlər