19:00 / 22-01-2025
Göyçayda 5 tələbənin qidadan zəhərlənmədiyi məlum olub - YENİLƏNİB
18:36 / 22-01-2025
İki universitetimiz dünyanın nüfuzlu reytinqində
17:27 / 22-01-2025
Mətənət Əsədova Orxan Göyçaylı ilə “Tik-tok” da oyun keçirib 500 manatdan mərc etdilər-Video
16:32 / 22-01-2025
ARTİ və MÜTDA oyunları bitmir. Məktəblərdə hər şeyin yanlış olmasına gətirib çıxarır...
15:50 / 22-01-2025
"VƏZİFƏLİ MƏMURLAR UNİVERSİTETƏ GƏLMƏDƏN YÜKSƏK QİYMƏTLƏR ALIRLAR..." -"Onlara qayıb yazmaq qadağan olunub"
15:18 / 22-01-2025
Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...
14:27 / 22-01-2025
“Pilot Residence” MTK ilə bina sakinləri arasında qalmaqal böyüyür – Sakinlər Prezidentə müraciət etdilər
13:56 / 22-01-2025
500 milyardlıq yeni layihəni elan etdi
11:26 / 22-01-2025
Lisenziyasız,sertifakatsız fəaliyyət göstərən kosmetoloq- Aygun Məlikova dolğu və plazma terapiya həyata keçirir
10:50 / 22-01-2025
“AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
10:26 / 22-01-2025
Piyadanı vuraraq öldürən Azəriqaz İstehsalat Birliyinin baş müşaviri Nail Abdullayev niyə məsuliyyətə cəlb olunmayıb?
10:01 / 22-01-2025
"Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
09:25 / 22-01-2025
“Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? - Ekologiya nazirliyi məsələ ilə bağlı açıqlama verəcəkmi..
09:01 / 22-01-2025
BU NƏDİ BELƏ: Müştərini rəsmən ƏSİR GÖTÜRDÜLƏR... - TƏFƏRRÜAT
19:08 / 21-01-2025
Türkiyədəki yanğında ölənlər arasında azərbaycanlı YOXDUR
16:53 / 21-01-2025
MSK sədri: Ciddi qayda pozuntusunun qeydə alınacağı məntəqələrin üzvləri cəzalandırılacaq
16:18 / 21-01-2025
"Dövlət içində dövlət qurublar..." - GİLEY
15:03 / 21-01-2025
Daun xəstəsi olan uşağı sağlam çıxarırlar... - GİLEY
14:15 / 21-01-2025
Xırdalanda təhsili bazara çeviriblər - İTTİHAM VAR...
13:29 / 21-01-2025
Azərbaycan Prezidenti Donald Trampı təbrik edib
12:46 / 21-01-2025
AYNA-nın bu yoldakı problemləri bitib-tükənmir - VİDEO
12:14 / 21-01-2025
Binəqədi İcra Hakimiyyəti 9-cu mikrorayonda aparılan qanunsuz tikintiyə "göz yumur" -FOTOFAKT
10:17 / 21-01-2025
Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? -ŞOK FAKTLAR
10:16 / 21-01-2025
Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? -ŞOK FAKTLAR
09:51 / 21-01-2025
“Sea Breeze”dəki mənzillərdə problemlər var? - VİDEO
09:09 / 21-01-2025
Azərbaycanda vəzifəli şəxsin qızı faciəli şəkildə öldü - FOTO
16:11 / 20-01-2025
"Nur Klinika"nın dövlətə vergi borcu üzə çıxdı - Əməliyyat zamanı "pasientlər"lə yarıçılpaq "selfie"/ FOTOFAKT
14:26 / 20-01-2025
35 il öncənin Bakısı - FOTO
13:26 / 20-01-2025
Prezident Şəhidlər xiyabanını ziyarət etdi - FOTOLAR
12:54 / 20-01-2025
Ceyhun Bayramov: Azərbaycanın Ermənistanla təmasları davam edir
Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri BQXK-yə açıq məktub ünvanlayıblar
Bölməyə aid digər xəbərlər
Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti xanım Mirjana Spoljariç Eqqerə açıq məktub ünvanlayıb.
Məktubda Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçilərinin BQXK-nin Azərbaycandakı fəaliyyətindən ciddi narahatlıqları ifadə olunub.
Məktubun mətnində bildirilib:
“Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçiləri Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti xanım Mirjana Spoljariç Eqqerə üz tutaraq, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı fəaliyyətindən ciddi narahatlıqlarımızı ifadə edirik.
30 ildən çoxdur ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycanda fəaliyyət göstərir. Biz bu təşkilatın mandatını və missiyasını çox vacib hesab edirik. Amma təəssüf hissi ilə bildirməliyik ki, 4 min nəfərə yaxın azərbaycanlı Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində itkin düşsə də, ötən 30 illik dövr ərzində onların aqibəti, taleyi barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nəzərəçarpacaq uğurları olmayıb. Minlərlə ailə hələ də közərən ümidlə xəbər gözləyir.
90-cı illərdə Beynəlxalq Qırmızı Xaç Komitəsi 54 nəfər azərbaycanlı əsirlə bağlı izə düşmüş, Ermənistan tərəfi ilə dialoq nəticəsində onlardan 17 nəfərinin meyitlərini alaraq Azərbaycan tərəfinə təhvil vermişdi. Ancaq həmin siyahı üzrə 37 nəfərin taleyi hələ də bilinmir. Onlar sağdılar, yoxsa öldürülüblər, öldürülüblərsə, meyitləri niyə ailələrinə təhvil verilməyib? Beynəlxalq Qırmızı Xaç Komitəsi niyə bu məsələ ilə yaxından məşğul olmur? Axı, Azərbaycan tərəfi ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi arasında həmin 54 nəfərin əsirlikdə olduğunu təsdiq edən yazışmalar indi də durur.
Beynəlxalq Qırmızı Xaç Komitəsi özünü müstəqil, bitərəf və qərəzsiz təşkilat hesab edir. Ancaq Azərbaycana münasibətdə bu əsas prinsiplərin pozulması başadüşülən deyil.
2000-ci illərdə Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycan hökuməti ilə razılaşdırmadan onun suveren ərazisi olan Xankəndidə ofis təşkil etdi və bu barədə qondarma, separatçı rejimlə “saziş” imzaladı. Azərbaycan tərəfinin dəfələrlə rəsmi müraciətlərinə baxmayaraq, həmin “saziş” konfidensiallıq adı altında gizlədildi, təqdim edilmədi. Sonradan məlum oldu ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndi ofisi təşkilatın Bakıdakı nümayəndəliyinə deyil, İrəvandakı nümayəndəliyinə tabe etdirilib.
Biz – Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçiləri həmişə müstəqil və bitərəf qalmalı olan Beynəlxalq Qırmızı Xaç Komitəsi təşkilatının bu davranışını onun tərəf tutması kimi qəbul edirik.
2020-ci ildə 44 günlük müharibədən sonra da bu vəziyyətin dəyişmədən qalması dözülməzdir. Biz Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Şuşada “Euronews” televiziya kanalına müsahibəsində səsləndirdiyi kimi, Xankəndi ofisinin məhz Bakıdakı nümayəndəliyə tabe etdirilməsini tamamilə haqlı, legitim tələb hesab edirik.
Biz bu günlərdə Laçın postunda Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobilində aşkar edilmiş, 1991-ci ildə Meşəli soyqırımını törətmiş müharibə cinayətkarlarından biri olan Vaqif Xaçaturyan ilə əlaqədar Meşəli soyqırımı qurbanlarının beynəlxalq ictimaiyyətə Açıq Məktubunda yer alan fikirləri də
(https://azertag.az/xeber/Meseli_soyqiriminin_qurbanlari_beynelxalq_ictimaiyyete_achiq_mektubla_muraciet_edibler_VIDEO-2715718) dəstəkləyirik. Biz də Meşəli sakinləri ilə eyni fikirdəyik ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin bayrağı və avtomobilləri müharibə cinayətkarlarının sığınacaq yeri olmamalıdır, bu, onlara heç bir toxunulmazlıq və hüquqi immunitet verə bilməz. Beynəlxalq humanitar hüquq da buna qarşıdır.
Xanım prezident!
Biz Beynəlxalq Qırmızı Xaç Komitəsinin emblemi altında olan yük və təcili tibbi yardım maşınlarının Laçın postunda yoxlanılması zamanı onların içərisində qaçaqmalçılıqla keçirilməsi aşkar olunan benzin, siqaret, mobil telefon qutularının olmasından dəhşətə gəlmişik.
Biz həm də Beynəlxalq Qırmızı Xaç Komitəsini son vaxtlar Ermənistanın manipulyasının alətinə çevrilməməyə, ədalətsiz açıqlamalar verməməyə çağırırıq. Qarabağ Azərbaycan ərazisi olduğu üçün Bakıdakı nümayəndəliyiniz Ağdam-Xankəndi yolu vasitəsilə humanitar yükləri çatdıra bilər. Xankəndinə Ağdamdan yol İrəvandan daha qısadır. Bu həm də nəqliyyat xərclərinə əhəmiyyətli dərəcədə qənaət etməyə imkan verə bilər.
Beynəlxalq Qırmızı Xaç Komitəsindən Xankəndi ofisinin tamamilə Bakı nümayəndəliyinə tabe etdirilməsini gözləyirik. Beynəlxalq Qırmızı Xaç Komitəsi öz fəaliyyətini Azərbaycan dövlətinin suverenliyi və ərazi bütövlüyünə uyğun şəkildə qurmalıdır. Biz sizdən həm də itkinlər mövzusunda Ermənistan tərəfi ilə dialoqun gücləndirilməsini gözləyirik.
İnanırıq ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi mümkün olan ən qısa bir vaxtda ictimai narahatlıqlarımızı nəzərə alaraq, məsələləri Cenevrədəki baş ofisində gündəliyinə çıxaracaq, konstruktiv qərarlar qəbul edəcək və Azərbaycanla bağlı fəaliyyətində zəruri düzəlişlərə gedəcək.
İmzalar:
1. “Qarabağ itkin ailələri” İctimai Birliyinin sədri Könül Behbudova;
2. “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva;
3. “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə;
4. Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması İctimai Birliyinin sədri Azər Allahverənov;
5. “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli;
6. “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva;
7. “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə;
8. “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova;
9. “Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin sədri Səriyyə Cəfərova;
10. “Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyinin sədri Səməd Vəkilov;
11. “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov;
12. “Elmi Araşdırmalar” İctimai Birliyinin sədri Telman Qasımov;
13. “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli;
14. “Bakı Natiqlik Məktəbi” ictimai birliyinin sədri Elçin Mirzəbəyli;
15. Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin sədri Xalid Kazımov;
16. “Cəmiyyətin İnkişafı Mərkəzi” ictimai birliyinin sədri Əhməd Abbasbəyli;
17. “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal;
18. “Vətəndaşların Sosial Rifahı Naminə” ictimai birliyinin sədri İradə Rzazadə;
19. Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun sədri Rauf Zeyni;
20. “Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı” ictimai birliyinin sədri Vüqar Qədirov”.
Tarix: 2-08-2023, 16:41
Bölməyə aid digər xəbərlər
17-07-2023, 13:28
Ombudsman Ermənistanın törətdiyi beynəlxalq ekoloji cinayətlərlə bağlı müraciət ünvanlayıb
25-07-2023, 17:35
Rusiya-Qərb riyakarlığı: Qarabağda və Ukraynada - ŞƏRH
21-06-2023, 09:27
Qarabağ müharibəsi veteranı Mikayıl Cabbarova müraciət etdi... - "Arxivə müraciət edilsin ki..."
29-07-2023, 11:01
Azərbaycan XİN-dən Ermənistana növbəti XƏBƏRDARLIQ