08:54 / 23-01-2025
“AAAF Park”-da qanunsuz tikinti davam etdirilir – Obyekti Vüqar Sədizadə tikdirir?
19:00 / 22-01-2025
Göyçayda 5 tələbənin qidadan zəhərlənmədiyi məlum olub - YENİLƏNİB
18:36 / 22-01-2025
İki universitetimiz dünyanın nüfuzlu reytinqində
17:27 / 22-01-2025
Mətənət Əsədova Orxan Göyçaylı ilə “Tik-tok” da oyun keçirib 500 manatdan mərc etdilər-Video
16:32 / 22-01-2025
ARTİ və MÜTDA oyunları bitmir. Məktəblərdə hər şeyin yanlış olmasına gətirib çıxarır...
15:50 / 22-01-2025
"VƏZİFƏLİ MƏMURLAR UNİVERSİTETƏ GƏLMƏDƏN YÜKSƏK QİYMƏTLƏR ALIRLAR..." -"Onlara qayıb yazmaq qadağan olunub"
15:18 / 22-01-2025
Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...
14:27 / 22-01-2025
“Pilot Residence” MTK ilə bina sakinləri arasında qalmaqal böyüyür – Sakinlər Prezidentə müraciət etdilər
13:56 / 22-01-2025
500 milyardlıq yeni layihəni elan etdi
11:26 / 22-01-2025
Lisenziyasız,sertifakatsız fəaliyyət göstərən kosmetoloq- Aygun Məlikova dolğu və plazma terapiya həyata keçirir
10:50 / 22-01-2025
“AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
10:26 / 22-01-2025
Piyadanı vuraraq öldürən Azəriqaz İstehsalat Birliyinin baş müşaviri Nail Abdullayev niyə məsuliyyətə cəlb olunmayıb?
10:01 / 22-01-2025
"Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
09:25 / 22-01-2025
“Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? - Ekologiya nazirliyi məsələ ilə bağlı açıqlama verəcəkmi..
09:01 / 22-01-2025
BU NƏDİ BELƏ: Müştərini rəsmən ƏSİR GÖTÜRDÜLƏR... - TƏFƏRRÜAT
19:08 / 21-01-2025
Türkiyədəki yanğında ölənlər arasında azərbaycanlı YOXDUR
16:53 / 21-01-2025
MSK sədri: Ciddi qayda pozuntusunun qeydə alınacağı məntəqələrin üzvləri cəzalandırılacaq
16:18 / 21-01-2025
"Dövlət içində dövlət qurublar..." - GİLEY
15:03 / 21-01-2025
Daun xəstəsi olan uşağı sağlam çıxarırlar... - GİLEY
14:15 / 21-01-2025
Xırdalanda təhsili bazara çeviriblər - İTTİHAM VAR...
13:29 / 21-01-2025
Azərbaycan Prezidenti Donald Trampı təbrik edib
12:46 / 21-01-2025
AYNA-nın bu yoldakı problemləri bitib-tükənmir - VİDEO
12:14 / 21-01-2025
Binəqədi İcra Hakimiyyəti 9-cu mikrorayonda aparılan qanunsuz tikintiyə "göz yumur" -FOTOFAKT
10:17 / 21-01-2025
Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? -ŞOK FAKTLAR
10:16 / 21-01-2025
Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? -ŞOK FAKTLAR
09:51 / 21-01-2025
“Sea Breeze”dəki mənzillərdə problemlər var? - VİDEO
09:09 / 21-01-2025
Azərbaycanda vəzifəli şəxsin qızı faciəli şəkildə öldü - FOTO
16:11 / 20-01-2025
"Nur Klinika"nın dövlətə vergi borcu üzə çıxdı - Əməliyyat zamanı "pasientlər"lə yarıçılpaq "selfie"/ FOTOFAKT
14:26 / 20-01-2025
35 il öncənin Bakısı - FOTO
13:26 / 20-01-2025
Prezident Şəhidlər xiyabanını ziyarət etdi - FOTOLAR
12:54 / 20-01-2025
Ceyhun Bayramov: Azərbaycanın Ermənistanla təmasları davam edir
Səfərbərlik xidmətindəki həbslərə səbəb nədir? – “Əvvəllər də rüşvət var idi, bu gün də...”
Bölməyə aid digər xəbərlər
“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əvvəlki kimi güc strukturlarının birində, yəni ölkənin ən böyük güc strukturu olan Müdafiə Nazirliyinin səfərbərlik xidmətində olsaydı, daha yaxşı olardı”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.
O, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) başlayan silsilə ixtisarların pərdəarxası məqamlarına toxunub.
Xatırladaq ki, son dövrlər SHXÇDX-nin bir sıra rayon şöbələrində aparılan əməliyyat tədbirləri nəticəsində qurumun rayon şöbələrinin rəisləri həbs edilib.
Ü. Cəfərov xatırladıb ki, əvvəllər hərbi komissarlıqlar Müdafiə Nazirliyinin tabeliyində idi:
“Sonradan Azərbaycanda bəzi şəxslər danışaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini yaratdılar. Əvvəlki dönəmdə burada bir general-mayor idi. Müstəqillik dövründə onu general-leytenant etdilər. Bizdə isə müstəqillik dövründə 2 adam olub. Əbülfəz Qasımov və Əliağa Hüseynov. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaranandan sonra bu quruma general-leytenant Arzu Rəhimov təyin olundu. 44 günlük savaşdan sonra isə o general-polkovnik rütbəsi aldı”.
Polkovnikin fikrincə, bu gün bu boyda quruma ehtiyac yoxdur:
“Təsəvvür edin ki, Çağırış Baş İdarəsi rəisi, Kadrlar Baş İdarəsi rəisi və digər şöbələrin rəhbərlərinin hamısı general-mayordur. Amma xidmətin rəisi ehtiyatdan çağırılmış polkovnik Mürsəl İbrahimovdur. Onun 4 general-leytenant müavini var. Doğrudur, onun müavinlərdən biri, general-leytenant Zaur Abdullayev vəzifəsindən azad olunub, lakin onun 3 müavini general-leytenantdır. Hələ bu gün açıqlanıb ki, Təşkilat Nəzarət Baş İdarə rəisi polkovnik Famil Aslanov, Maddi-Texniki Təminat Baş İdarə rəisi polkovnik Anar Əliyev və Səfərbərlik Baş İdarə rəisi polkovnik Vəli Rzayev tutduğu vəzifələrdən azad olunub, sərəncama götürülüb”.
“Diqqət yetirdinizsə, qurumun İctimaiyyətlə Əlaqələr və Beynəlxalq Münasibətlər şöbəsinə yeni rəis təyin olunub; “Kapital Bank”ın mətbuat xidmətindən gətirilmiş Pərviz Sədrəddinov. Bu adamın, ümumiyyətlə, səfərbərliklə heç bir əlaqəsi olmayıb və anlayışı yoxdur, lakin xidmətə polkovnik rütbəsi ilə gətirilib. Mənim ona şəxsiyyət kimi böyük hörmətim var, amma sabah məni oraya rəis təyin etsələr, deməli, hamısını vəzifədən çıxarıb dost-tanışı salmalıyam? Belə yanaşma kökündən yanlışdır.
İndi qurumda yeniliklər yaradılıb. Yaxşı, sabah xidmət rəisi başqa ölkəyə gedibsə, İctimaiyyətlə Əlaqələr və Beynəlxalq Münasibətlər şöbəsinin rəisi də onunla getməlidir. Bu adam 3 gün ezamiyyətdə olacaqsa, işlər dayanmalıdır?”, – əlavə edib.
Ü. Cəfərov söyləyib ki, bu gün Azərbaycanda struktur islahatı adı altında uğursuz işlər həyata keçirilir:
“Bu gün Pərviz Sədrəddinov deyir ki, baş idarələr ləğv olunmayıb və yeni rəislər təyin olunacaq. Fərqi nədir? Dünən general-mayor Çingiz Kiçikbəyov idisə, bu gün onun yerində Məmməd Məmmədov ola bilər. Bu kimi qurumlar dövlət büdcəsinə çox ağır yükdür. Azərbaycan balaca ölkə olduğuna görə ölkədə neçə generalın və admiralın olduğunu hamı bilirdi. Bu gün isə generalların sayı az qala Çin Xalq Respublikası ordusunun generallarının sayı qədərdir.
Hesab edirəm ki, burada Silahlı Qüvvələrin məvacibi artırmaq, əvəzində məmur ordusunu azaltmaq lazımdır. O qurumun yarısını ixtisara salsan, orada xidmət edənlərin məvacibini 2 dəfə artırmaq olar və bu, büdcəyə də yük olmaz. Kompüter əsrində bu cür vəzifələrə nə ehtiyac var?”
“O ki qaldı həbslərə, hərbi komissarlıqlardan qalan köhnə vərdişlər bu gün də davam edir. Dünən və bu gün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Cəlilabad və Tərtərdə əməliyyatlar həyata keçirib. Bu, Cəlilabadda son illərdə baş verən 3, ya da 4-cü səs-küylü həbslərdir. Xatırladım ki, orada 2 icra başçısı həbs olunsa da, korrupsiya davam edir. Eləcə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində əvvəllər də rüşvət var idi, bu gün də rüşvət var, sabah da olacaq. Çünki Azərbaycan cəmiyyətində bununla yetərincə mübarizə aparılmır.
Mən yeni rəisi də başa düşürəm. O, indi Arzu Rəhimovdan qalan kadrları çıxarıb təzə bir nəfəri Kadrlar Baş İdarəsi rəisi Azad Əliyevin yerinə təyin edəcək. Ona da gələn ilin fevralında general veriləcək. Eləcə də digər qurumlarda da belə olacaq. Həmin o generallar bu gün ehtiyatda, yaxud istefada olanda o məvacibi alırlar. Müvafiq şəxslər və qurumlar bunu fikirləşməlidirlər ki, büdcəni dağıtmaq olmaz. Büdcənin hər qəpiyi məqsədyönlü şəkildə istifadə olunmalıdır.
Bir sözlə, şəxsən səlahiyyətlərim çərçivəsində olsaydı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini ixtisara salıb, onu Müdafiə Nazirliyinə, yaxud digər güc strukturunun tərkibində balaca bir xidmət formasında yaradardım. Çox işlər görülməlidir bu sahədə. Bu, vahid bir xidmətdir, lakin xidmətin təşkili yanlışdır. Azərbaycanın büdcəsini bu formada israf etmək olmaz”, – müsahibimiz fikirlərini tamamlayıb.
Tarix: 1-08-2023, 18:07
Bölməyə aid digər xəbərlər
25-06-2023, 13:48
İlham Əliyev hərbi qulluqçuları təltif etdi - SİYAHI
25-06-2023, 10:02
“Azərenerji” ASC-nin adi bir idarə rəisində hamıya bahalı hədiyyələr almağa pullar hardandı - İLGİNC FAKTLAR
19-07-2023, 19:48
Arzu Rəhimov nə üçün həbs olunmur...? - Görəsən, Ramiz Mehdiyev Arzu Rəhimovu həbsdən xilas edə biləcəkmi...?
7-07-2023, 17:00
Bir general, 22 polkovnik, 38 polkovnik-leytenant, 14 mayor... - Komisarlıqlar birləşdirilir (SİYAHI)