14:26 / 20-01-2025
35 il öncənin Bakısı - FOTO
"Lotu Quli"nin yaxın dostu Türkiyədə ölümcül DÖYÜLDÜ

"Lotu Quli"nin yaxın dostu Türkiyədə ölümcül DÖYÜLDÜ
 
Gürcüstanlı "qanuni oğru" "Matsi" ləqəbli   Mahara Qvaramiya Türkiyədə hücuma məruz qalıb. 
 
Bu barədə Rusiya mətbuatı  məlumat yayıb. 
 
Bildirilir ki, "Matsi" türk "qanuni oğru"ların sifarişi əsasında ölümcül döyülüb. Hazırda kriminal aləmdə Roko Tbilisski, Arman Kaluqa və Timur Quli  kimi şəxslərin sui-qəsdində iştirak edən "Matsi" Türkiyədə xəstəxanaların birində reanimasiya şöbəsinə yerləşdirilib. 
 
Digər məlumata görə, 22 il məhbus həyatı  yaşayan "Matsi" mərhum "qanuni oğru" "Lotu Quli"nin  (Nadir Sələfov - red.) yaxın dostu olub. Bildirilir ki, "Lotu Quli"nin sui-qəsdindən sonra "Matsi" Sələfovlar ailəsi ilə dostluq etməyə çalışsa da, buna nail ola bilməyib. Nadir Sələfovun qardaşı "Namiq Bakinski" (Namiq Sələfov - red.) "Matsi"ni bütün işlərdən uzaqlaşdırıb.  

Tarix: 31-07-2023, 13:22


Bölməyə aid digər xəbərlər