19:00 / 22-01-2025
Göyçayda 5 tələbənin qidadan zəhərlənmədiyi məlum olub - YENİLƏNİB
18:36 / 22-01-2025
İki universitetimiz dünyanın nüfuzlu reytinqində
17:27 / 22-01-2025
Mətənət Əsədova Orxan Göyçaylı ilə “Tik-tok” da oyun keçirib 500 manatdan mərc etdilər-Video
16:32 / 22-01-2025
ARTİ və MÜTDA oyunları bitmir. Məktəblərdə hər şeyin yanlış olmasına gətirib çıxarır...
15:50 / 22-01-2025
"VƏZİFƏLİ MƏMURLAR UNİVERSİTETƏ GƏLMƏDƏN YÜKSƏK QİYMƏTLƏR ALIRLAR..." -"Onlara qayıb yazmaq qadağan olunub"
15:18 / 22-01-2025
Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...
14:27 / 22-01-2025
“Pilot Residence” MTK ilə bina sakinləri arasında qalmaqal böyüyür – Sakinlər Prezidentə müraciət etdilər
13:56 / 22-01-2025
500 milyardlıq yeni layihəni elan etdi
11:26 / 22-01-2025
Lisenziyasız,sertifakatsız fəaliyyət göstərən kosmetoloq- Aygun Məlikova dolğu və plazma terapiya həyata keçirir
10:50 / 22-01-2025
“AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
10:26 / 22-01-2025
Piyadanı vuraraq öldürən Azəriqaz İstehsalat Birliyinin baş müşaviri Nail Abdullayev niyə məsuliyyətə cəlb olunmayıb?
10:01 / 22-01-2025
"Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
09:25 / 22-01-2025
“Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? - Ekologiya nazirliyi məsələ ilə bağlı açıqlama verəcəkmi..
09:01 / 22-01-2025
BU NƏDİ BELƏ: Müştərini rəsmən ƏSİR GÖTÜRDÜLƏR... - TƏFƏRRÜAT
19:08 / 21-01-2025
Türkiyədəki yanğında ölənlər arasında azərbaycanlı YOXDUR
16:53 / 21-01-2025
MSK sədri: Ciddi qayda pozuntusunun qeydə alınacağı məntəqələrin üzvləri cəzalandırılacaq
16:18 / 21-01-2025
"Dövlət içində dövlət qurublar..." - GİLEY
15:03 / 21-01-2025
Daun xəstəsi olan uşağı sağlam çıxarırlar... - GİLEY
14:15 / 21-01-2025
Xırdalanda təhsili bazara çeviriblər - İTTİHAM VAR...
13:29 / 21-01-2025
Azərbaycan Prezidenti Donald Trampı təbrik edib
12:46 / 21-01-2025
AYNA-nın bu yoldakı problemləri bitib-tükənmir - VİDEO
12:14 / 21-01-2025
Binəqədi İcra Hakimiyyəti 9-cu mikrorayonda aparılan qanunsuz tikintiyə "göz yumur" -FOTOFAKT
10:17 / 21-01-2025
Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? -ŞOK FAKTLAR
10:16 / 21-01-2025
Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? -ŞOK FAKTLAR
09:51 / 21-01-2025
“Sea Breeze”dəki mənzillərdə problemlər var? - VİDEO
09:09 / 21-01-2025
Azərbaycanda vəzifəli şəxsin qızı faciəli şəkildə öldü - FOTO
16:11 / 20-01-2025
"Nur Klinika"nın dövlətə vergi borcu üzə çıxdı - Əməliyyat zamanı "pasientlər"lə yarıçılpaq "selfie"/ FOTOFAKT
14:26 / 20-01-2025
35 il öncənin Bakısı - FOTO
13:26 / 20-01-2025
Prezident Şəhidlər xiyabanını ziyarət etdi - FOTOLAR
12:54 / 20-01-2025
Ceyhun Bayramov: Azərbaycanın Ermənistanla təmasları davam edir
Günün qoroskopu: düşünülməmiş və tələsik addımlar atmayın.
Bölməyə aid digər xəbərlər
Qoç - xəyallara qapılmayın, təxəyyülün əsiri olmayın. Yaşamınızdakı situasiya sizi narahat edirsə, düşünülməmiş addım atmayın. Bədbinləşərək hər şeyin pis, problemlərin ifrat dərəcədə ağır olduğunu düşünməyin. Pis fikirlərdən qurtulmağın ən yaxşı yolu bir yerdə oturmamaq, çalışmaqdır. Maraqlı məşğuliyyət tapılacaq. Təbii ki, əgər istəsəniz.
Günün ikinci yarısı həmfikir, tərəfdaşlar və şəriklərlə ünsiyyət üçün əlverişlidir. Maraq və planlarınızı bölüşən insanla yeni planları müzakirə edin.
Bilik və bacarıqların araşdırılması üçün münasib zamanıdır. Faydalı, praktik təcrübə əldə edəcəksiniz.
Buğa - uzaqlara səfərlər və genişmiqyaslı işlər üçün əlverişli gün deyil. Maliyyə, daşınmaz əmlakla bağlı məsələlərin həllini təxirə salın. Çətin olmayan, aktual problemlərin həllinə üstünlük verin. Rutin məqamları unutmayın.
Rəğbət bəslədiyiniz insanlarla ünsiyyətdə olun.
Günün ikinci yarısında maraqlı ideyaların yaranması istisna deyil. Onlardan birinin həyata keçirilməsi yaxşı gəlir əldə etməyinizə imkan verəcək. Yaxın ətrafınızdakı insanlar məsləhətlərinizə qulaq assalar, peşman olmazlar.
Əkizlər - yeni, gəlir vəd edən işə başlamaq üçün münasib zamandır. Tərəfdaş və ya dostlarla birgə fəaliyyət daha effektivdir. Rəqibin, bədxahın sirr saxladığı məsələni, informasiyanı öyrənməyə çalışın. Maliyyə məsələlərini müzakirə edərək çözmək olar. İşgüzar intuisiyanız sizi aldatmayacaq.
Günün ikinci yarısında romantik hisslərə qapılmayın. Gerçək məqsədlərinizi pərdələməyə çalışın. Yaşam potensialının səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər olmayacaq, ifrat yorğunluq hiss etməyəcəksiniz.
Xərçəng - günün ilk yarısı yeni ümidlər və ideyalar zamanıdır. Tələsməyin, yarımçıq işlərə üstünlük verməyin. Vurnuxmanın bir hissəsinə dönməyin. İrəliyə doğru aramla hərəkətə üstünlük verin.
Günün ikinci yarısında şəxsi münasibətlərdə problemlər yarana bilər. Sevdiyiniz insanla mübahisə etməyin. Şübhəli, qısqanc olmayın. Yaxınlarınıza səbəbsiz iradlar və sərt ifadələr ünvanlamayın.
Əməllərinizə görə sonradan təəssüflənə bilərsiniz.
Şir - qətiyyətli, fəndgir, çevik olun. Bir çox problemlərin öhdəsindən gələ bilərsiniz. Ənənəvi, adət etdiyiniz metodlar məqsədə tez çatmağınızı təmin etmirsə, yeni variantlar arayın. Çəkinməyin, ətalətlə davranmayın. Yaxın ətrafınızdakı insanlar arxanızca gedəcəklər.
İndiyədək sizə laqeyd qalan insanlar günün ikinci yarısında təmasları intensivləşdirməyə çalışacaqlar.
Axşam saatlarında yaşamınızda müsbət dəyişikliklər etməyə çalışın. Təşəbbüskar olun. Hisslərinizi etiraf etməkdən çəkinməyin.
Qız - yeni işlərə başlamaq olar. Maliyyə imkanlarınızı yaxşılaşdıra biləcək məqamlara xüsusi diqqət verin. Köhnə, hətta unutmağa başladığınız borcların qaytarılması mümkündür.
Yeni, gözlənilməz mənbədən gəlir əldə etməyiniz istisna deyil. Alış-veriş üçün əlverişli zamandır. Bir şərtlə ki, emosiyalara qapılaraq bədxərclik etməyəsiniz.
Günün ikinci yarısında çoxdan can atdığınız hədəfi əldə etmək üçün bir qədər hiyləgərlik edin. İstənilən formada eksperimentlər üçün münasib zamandır.
Tərəzi - ən yaxşı məziyyətlərinizi nümayiş etdirmək imkanlarınız var. Dəyər verdiyiniz insana qayğı bəsləyin. Problemlərin həllində ənənəvi metodları və üsulları tətbiq etməyin. Təhlükəli, riskli işlərə qatılmayın.
Günün ikinci yarısında məqsədə çatmaq üçün qətiyyətli olun.
Səhhətinizə fikir verin. Ağrılar, halsızlıq olarsa, həkimə müraciət edin. Türkəçarə müalicə ilə məşğul olmayın.
Əqrəb - günün ilk yarısında işlərinizdə aktiv olun. Heç bir məsələnin həllini təxirə salmayın. Az sonra yolunuzda maneələr yaranacaq. Üstəlik, yaxın ətrafınızdakı insanlara da yardım etmək gərəkdir. Maliyyə çətinlikləri istisna deyil.
Günün ikinci yarısında ani istəklərin reallaşmasına çox pul xərcləməyin. Bədxərclik etməyin. Axşam saatlarına yaxın səhhətinizdə problem yaranması, əhvalınızın pisləşməsi riski var. Ən asan, yorucu olmayan işlərlə məşğul olun. Dincəlmək, bir qədər nəfəs dərmək gərəkdir.
Oxatan - maraqlı, amma çətinliklərdən xali olmayan gündür. Yolunuzda yaranan sədlər və maneələr sizi qorxutmasın. Onları dəf etmək yetərincə maraqlıdır. Çətin məsələlərin həllinə şövqlə, enerji ilə başlayın. Yaxşı əhvalınızı heç bir halda itirməyin. Yaxın ətrafınızdakı insanlar bunu görəcəklər.
Günün ikinci yarısında sizdən dəstək, qayğı və yardım istəyəcəklər. Romantik illüziyalara qapılmayın.
Axşam saatları kiçik səfərlər, gəzintilər üçün münasibdir. İlk baxışdan zərurət duymadığınız, amma sonradan gərəyiniz olacaq əşyaları ala bilərsiniz.
Oğlaq - ötən həftə yaranmış çətinliklər və problemlər barədə həddən artıq düşünməyin. Onların çözümü ilə bağlı yeni ideyalar yoxdur. Əhvalınız isə pozula bilər. Heç bir halda bədbinliyə qapılmayın. Yaxın gələcəyin planlaşdırılması ilə məşğul olun. Planları ən xırda təfərrüatlara qədər hazırlamaq olar. Heç nəyi nəzərdən qaçırmayın.
Günün ikinci yarısında yaşlı nəsil nümayəndələri ilə ünsiyyətdə xeyir var. Yaşıdlarınızı da unutmayın. Şəxsi həyatınızı daha rəngarəng edin. Yeni tanışlıqlar ehtimalı çoxdur.
Dolça - düşünülməmiş və tələsik addımlar atmayın. Günün ilk yarısında önəmli qərarlar qəbul etməyin. Yaşam enrjisi ehtiyatlarınızı artırır, potensialınızın səviyyəsini yüksəldir. Bir qədər sonra ağır işlər başlayacaq.
Günün ikinci yarısında yaxınlarınızla dil tapmağa çalışın. Maraqlarınızı və yaşama baxışlarınızı bölüşməyən insanlarla sərt mübahisə etməyin. Vaxtınızı daha məntiqli işlərə sərf edin. İronik iradlara qapılmayın. Sözləriniz qarşı tərəfi incidə bilər. Həmin inciklik isə asanlıqla unudulmayacaq.
Balıqlar - maraqlı imkanlar və yaxşı ideyalar zamanıdır. Bir yerdə oturmayın, fəal olun. Məqsədə çatmağa bir addım qalıb. Əlverişli anı gözləyin. Məqsədə doğru ilk addımın vaxtını sizə intusiyanız deyəcək. Yaxın ətrafınızdakı insanlar sizə yardım edəcəklər.
Günün ikinci yarısında xoş xəbər alacaqsınız. Bu informasiya bəzi planları həyata keçirməkdə gərəyiniz olacaq. İmiclə eksperimentlər üçün əlverişli zamandır. İmiclə eksperimentlər etmək olar.
Axşam saatlarında normal istirahət edin.
Milli.Az
Tarix: 28-07-2023, 07:44
Bölməyə aid digər xəbərlər
9-09-2023, 11:30
Günün qoroskopu: Yaxınlarınızı anlamağa çalışın
21-08-2023, 08:55
Günün qoroskopu: İşdə həmkarlarla dil tapın
9-10-2023, 08:21
Günün qoroskopu: Çətin məsələlərin çözümünü tapa bilərsiniz
24-07-2023, 07:30
Günün qoroskopu: Narahat olmayın, ciddi problemlər yaranmayacaq
25-07-2023, 07:57
Günün qoroskopu: Diqqətli, sərvaxt olun