10:29 / 29-01-2025
İlham Əliyev səs verdi
Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək

Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən cari il avqust ayının 10-da Qusar Rayon Polis Şöbəsinin inzibati binasında Quba, Qusar, Şabran, Siyəzən və Xaçmaz şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.
 
DİN-dən verilən məlumta görə, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 09.08.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
 
Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Tarix: 27-07-2023, 12:53


Bölməyə aid digər xəbərlər