12:46 / 23-01-2025
Yeyinti Sənayesini bitirən Fuad Hacıyevin İdman Akademiyasında macəraları - Video
12:08 / 23-01-2025
Muxtar Babayev ölkəmizin qlobal ekoloji siyasətini necə axsadır... - Onun adı təsadüfən hədəf kimi seçilməmişdi...
11:35 / 23-01-2025
İnternat məktəbinin məzunu ona müavinət verilməməsindən ŞİKAYƏTÇİDİR - "Heç bir qurum mənə kömək etmək istəmir..."
11:07 / 23-01-2025
"İcranın işçisi məndən on min manat rüşvət istədi" - BU NƏDİ BELƏ?..
10:33 / 23-01-2025
“Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
10:08 / 23-01-2025
Bakıda nadir memarlıq nümunəsi dağıdılır – Rostropoviç bunu da alıb/VİDEO
09:28 / 23-01-2025
Cənab Ali Baş Komandan bizi xilas edin! Nuriyevlər Sabirabadda sabotajla məşğuldur
09:21 / 23-01-2025
“Katibə qalmaqalı” ilə gündəmə gələn Nazim Eynallının “ölü canlar” idarəsi…
08:54 / 23-01-2025
“AAAF Park”-da qanunsuz tikinti davam etdirilir – Obyekti Vüqar Sədizadə tikdirir?
19:00 / 22-01-2025
Göyçayda 5 tələbənin qidadan zəhərlənmədiyi məlum olub - YENİLƏNİB
18:36 / 22-01-2025
İki universitetimiz dünyanın nüfuzlu reytinqində
17:27 / 22-01-2025
Mətənət Əsədova Orxan Göyçaylı ilə “Tik-tok” da oyun keçirib 500 manatdan mərc etdilər-Video
16:32 / 22-01-2025
ARTİ və MÜTDA oyunları bitmir. Məktəblərdə hər şeyin yanlış olmasına gətirib çıxarır...
15:50 / 22-01-2025
"VƏZİFƏLİ MƏMURLAR UNİVERSİTETƏ GƏLMƏDƏN YÜKSƏK QİYMƏTLƏR ALIRLAR..." -"Onlara qayıb yazmaq qadağan olunub"
15:18 / 22-01-2025
Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...
14:27 / 22-01-2025
“Pilot Residence” MTK ilə bina sakinləri arasında qalmaqal böyüyür – Sakinlər Prezidentə müraciət etdilər
13:56 / 22-01-2025
500 milyardlıq yeni layihəni elan etdi
11:26 / 22-01-2025
Lisenziyasız,sertifakatsız fəaliyyət göstərən kosmetoloq- Aygun Məlikova dolğu və plazma terapiya həyata keçirir
10:50 / 22-01-2025
“AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
10:26 / 22-01-2025
Piyadanı vuraraq öldürən Azəriqaz İstehsalat Birliyinin baş müşaviri Nail Abdullayev niyə məsuliyyətə cəlb olunmayıb?
10:01 / 22-01-2025
"Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
09:25 / 22-01-2025
“Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? - Ekologiya nazirliyi məsələ ilə bağlı açıqlama verəcəkmi..
09:01 / 22-01-2025
BU NƏDİ BELƏ: Müştərini rəsmən ƏSİR GÖTÜRDÜLƏR... - TƏFƏRRÜAT
19:08 / 21-01-2025
Türkiyədəki yanğında ölənlər arasında azərbaycanlı YOXDUR
16:53 / 21-01-2025
MSK sədri: Ciddi qayda pozuntusunun qeydə alınacağı məntəqələrin üzvləri cəzalandırılacaq
16:18 / 21-01-2025
"Dövlət içində dövlət qurublar..." - GİLEY
15:03 / 21-01-2025
Daun xəstəsi olan uşağı sağlam çıxarırlar... - GİLEY
14:15 / 21-01-2025
Xırdalanda təhsili bazara çeviriblər - İTTİHAM VAR...
13:29 / 21-01-2025
Azərbaycan Prezidenti Donald Trampı təbrik edib
12:46 / 21-01-2025
AYNA-nın bu yoldakı problemləri bitib-tükənmir - VİDEO
“Vüqar Bayramov mandatından imtina etsə də, bizə verməyəcəklər”
Bölməyə aid digər xəbərlər
Bilmirəm buna kəmfürsətlik deyim, “sensasiya dalınca qaçmaq” deyim, yoxsa başqa nə.
O gün iqtisad professoru Qubad İbadoğlunun saxlanılması xəbəri gələndən təxminən 10 dəqiqə sonra əvvəlcə sosial şəbəkələrdə, sonra peşəkar mediada belə sətirlər göründü: “İndi Qubad İbadoğlunun qardaşı, deputat Vüqar Bayramov nə edəcək?”; “Qardaşı tutulan deputat Vüqar Bayramov mandatından imtina edəcəkmi?”; “Vüqar Bayramovun atacağı addım maraq doğurur” və s. və i.a.
O boyda professor, partiya sədri qalmışdı qıraqda, əsas məsələ onun deputat qardaşının həbsə reaksiyası və malik olduğu mandatın taleyi idi.
Ertəsi gün yenə əsas müzakirə mövzusu Vüqar Bayramov və onun qardaşının həbsinə reaksiyası oldu. Bir xeyli adam istəyirdi ki, həmin anda xaricdə olan deputat ya elə oradanca, ya da qayıdıb gələndə aeroportdaca deputat vəsiqəsini (mandatla vəsiqə eyni şey deyil, bilirsiniz) yerə qoyub desin: “Həbs olunan qardaşıma görə mandatımdan imtina edirəm”.
Belə bir şey olacağını bilsələr, yəqin ki, aeroporta bir xeyli jurnalist və bloqer gedərdi.
Amma V.Bayramov emosiyaya qapılmadı, soyuqqanlı açıqlama verdi və daima hadisələrə emosional və pafosla yanaşan fəalların qəzəbinə tuş gəldi: “Olmaz olsun belə qardaşı”; “Qarın qardaşdan irəliymiş”; “Sonra da deyirlər ki, dar gündə insana dayaqdı qardaş”; “Mandat qardaşdan şirin çıxdı” və s.
Elə çıxırdı ki, Vüqar Bayramov qardaş və mandat seçimi qarşısında qalıb və qardaşını atıb, mandatı götürüb. Yaxud da guya deputat üsyan bayrağı açsa, Qubad İbadoğlunu dərhal buraxacaqmışlar.
Elə deyil axı, ey Hüseyn Abdullayevin aqibətindən xəbərdar olan həmvətənlər. Bu ölkədə üsyan bayrağı açanların bayrağını qaraldır, torbaya çevirir, başına keçirir, içəri aparırlar.
Vüqar Bayramov da çox o yan-bu yan eləsə, onun da qardaşının yanına aparılması texniki baxımdan elə də çətin iş deyil. Mağıl, indi heç olmasa, o qardaşına sovqat apara (göndərə), müdafiəsini effektiv təşkil edə bilər.
Anlaşılmayan budur: biz niyə hələ də qardaşlara Siam əkizləri kimi baxırıq? Ən əziz qardaşlar belə bir-birilə 17-18 il birlikdə yaşayırlar, sonra biri əsgərliyə gedir, o biri tələbə olur, hərəsi özünə ev-eşik qurur. Aradan 30-40 il keçir, hərəsinin öz övladları, nəvə-nəticələri olur, amma yenə də cəmiyyət hesab edir ki, onlar bir-birinə görə məsuliyyət daşımalıdırlar, biri o birinin hərəkətinə görə cavabdeh olmalıdır.
Hətta bu məsələdə yekə bir spekuliyasıya var. Məsələn, bir qardaş inkişaf edib nazir, məşhur alim, yazıçı olsa, o biri də avaralıq etsə və bir gün o avara qardaş öz məşhur və sevimli qardaşının adından istifadə etməyə qalxsa, mütləq ona deyəcəklər, nə olsun filankəsin qardaşısan, o ayrı, sən ayrı. Amma avara qardaş bir qəbahət hərəkət eləsə, məşhur qardaşa irad tutacaqlar ki, buna bax e, doğma qardaşına yiyə durmur.
Bu məsələyə dair sovet dövründə Ukraynada məzəli, eyni zamanda tragik bir hadisə olub. 41-45 müharibəsində Mikola və Stepan adlı iki qardaş varmış. Almanlar gələndə Mikola meşəyə qaçıb partizan olub, Stepan kənddə qalıb, almanlara qulluq edib, polisay işləyib. Mikola nasistlərlə yaxşı döyüşüb, adı dillərə düşüb. Stepan da almanlara yaxşı işləyib. Müharibədən sonra Mikolanı orden-medalla təltif ediblər, Stepanı isə tutublar. O cəzasını çəkəndən sonra kəndə qayıdıb, birtəhər mexanizator işinə düzəlib. Gözlənilmədən onun işləri rəvan getməyə başlayıb, çünki hər yerdə özü də, başqaları da onun qardaşının şücaətindən bəhs ediblər, nəticədə qəhrəmanın qardaşının qarşısında yaşıl işıq yanırmış. Mikolanın qabağa çəkilmək şansı yarananda avtobioqrafiyasındakı “qardaşı işğal dönəmində faşist polisayı olub” qeydi işləri korlayırmış. Beləcə, alman polisayı Stepan igid qardaşına görə özünə daha yaxşı gün-güzəran qurub, igid partizan, həm də zəhmətkeş Mikola isə yaramaz qardaşının üzündən yazıq günə qalıb.
Əlbəttə, bu məsələnin lətifəsi Qubad İbadoğlundan da, Vüqar Bayramovdan da yan keçir. Çünki onların ikisi də savadlıdır, çalışqandır, vətənpərvərdir. Həm də onlar ayrı-ayrı adamlardır, sadəcə, bioloji qohumluqları var.
Biz, nəhayət, iki qardaşın birinin A, o birinin B partiyasının üzvü olmasını, birinin “Real”a, o birinin “Barselona”ya azarkeşlik etməsini normal qəbul etməliyik. Anlamalıyıq ki, iki qardaşın biri təmkinli, o biri səbirsiz, biri istedadlı, o biri istedadsız da ola bilər. Hətta patriot və pasifist qardaşların olması da mümkündür.
Ona görə də Vüqar Bayamovun mandatına hücumun yeri yoxdur. O, ondan imtina etsə də, bizə verməyəcəklər.
Samir Sarı,
Müsavat
Tarix: 27-07-2023, 10:05
Bölməyə aid digər xəbərlər
9-06-2023, 18:11
UNEC rektoru ilə bağlı ŞOK İDDİALAR... - BU NƏDİ BELƏ?
19-07-2023, 21:18
ALİ ATTESTASİYA KOMİSSİYASINDA DİPLOM ALVERİ -ŞOK FAKTLAR
25-06-2023, 10:34
ŞAHBUZ: Nə şahlıq yıxılıb... nə vətəndaşa buz kimi münasibət dəyişib... - Hamı özünü Talıbovun dönəmindəki kimi hiss edir...
9-06-2023, 07:54
Ali təhsil sisteminin 'UCQAR' VİLAYƏTİ - İLGİNC İDDİALAR