14:26 / 20-01-2025
35 il öncənin Bakısı - FOTO
Çempionlar Liqası: "Qarabağ" Polşa çempionu ilə qarşılaşacaq

Çempionlar Liqası: "Qarabağ" Polşa çempionu ilə qarşılaşacaq
Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyununa çıxacaq.
 
102xeber.info "report"a istinadən bildirir ki, Azərbaycan çempionu Polşa təmsilçisi "Rakuv"la qarşılaşacaq.
 
İlk mərhələdə Cəbəllütariq çempionu "Linkoln"u hər iki görüşdə üstələyən (2:1, 4:0) ağdamlılar "Rakuv"la birinci matçını Çenstoxovadakı "Miejski" stadionunda keçirəcəklər. İsveçrəli baş hakim Lukas Fandrixin idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.
 
Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması avqustun 2-də Bakı Olimpiya Stadionunda baş tutacaq.
 
UEFA Çempionlar Liqası
 
II təsnifat mərhələsi, ilk oyun
 
26 iyul
 
22:15. "Rakuv" (Polşa) - "Qarabağ" (Azərbaycan)
 
Baş hakim: Lukas Fandrix (İsveçrə)
 
Çenstoxova, "Miejski" stadionu

Tarix: 26-07-2023, 09:01


Bölməyə aid digər xəbərlər