16:14 / 16-04-2025
Təcili yardım maşını da suda batdı - Video
15:47 / 16-04-2025
Azərbaycan Dəmir Yollarında qalmaqal: İşçiləri zorla işdən çıxarırlar -ƏGƏR MÜDAXİLƏ OLMAZSA...
15:11 / 16-04-2025
Deputat Əhliman Əmiraslanovun oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? -ŞİKAYƏT
14:26 / 16-04-2025
“LANDMARK” BİZNES MƏRKƏZİ SATILDI –Əməkdaşların işdən çıxarıldığı, xarici ofislərin bağlandığı bildirilir
13:21 / 16-04-2025
Sabirabadın Əhmədabad kənd məktəbini xarabalığa çevirən direktor Nəsibə Bağırova kimdir? - ŞOK SƏS YAZISI
12:59 / 16-04-2025
"Kəpəz" hospitalında əməliyyatdan sonra yataq xəstəsi oldu...-FOTOLAR
12:34 / 16-04-2025
Məhərrəm Talıbov və oğlu Samir Talıbov qohumlarla olan əmlakları ilə bağlı mübahisə
11:17 / 16-04-2025
Araz Paşayev Rüfət Mahmudu çıxılmaz duruma salıb
10:19 / 16-04-2025
Binəqədi rayonunda qanunsuz binanı kim inşa etdirir?
09:54 / 16-04-2025
"Tələbələrdən 350-500 manat pul alınır" - Şəkidəki kollecdə qalmaqal
18:51 / 15-04-2025
Hərbi vəzifəlilərin təlim-toplanışı davam edir
18:29 / 15-04-2025
Nura Suri “Azercell”in bu kampaniyasına ETİRAZ ETDİ
18:04 / 15-04-2025
Ağsudan Balakənədək “asfalt əməliyyatı”: Saleh Məmmədova yaxın şirkətin “macəraları” – ARAŞDIRMA
17:42 / 15-04-2025
“Azərdövlətlayihə”nin direktoru Müsədin Namazov son model BMW alır
17:01 / 15-04-2025
Türkiyə və İranın XİN rəhbərləri telefonla danışdı
16:32 / 15-04-2025
Ölkə ərazisində müşahidə olunan əlverişsiz hava ilə bağlı - NÖVBƏTİ XƏBƏRDARLIQ - YENİLƏNİB
15:28 / 15-04-2025
Qusarın baş memarının biznes imperiyası... - BU DA FAKT!
14:54 / 15-04-2025
Kamal Ələkbərov qanunları necə tapdalayır? - Kəngərli rayonunda Azərbaycan bayrağına hörmətsizlik VİDEO
14:17 / 15-04-2025
"Günahkar Emin Əmrullayevdir, cəzanı isə şagird, müəllim və valideynlər çəkir" - ŞOK FAKTLAR
12:47 / 15-04-2025
Nəsimi rayonunda kəsilən onlarla ağacın yerində qanunsuz tikinti ƏLBİRLİYİ- Tikinti tüccarı ilə 11 saylı RETSİ - nin rəisi öncə necə anlşdı və... -DE-FAKTO
12:22 / 15-04-2025
Cəlilabadda daha bir ünvanda ƏLİ BALTALILAR - ETSN-nin işçiləri isə...
11:57 / 15-04-2025
Şou-biznesdəki təzə “Həci”: Emin Hüseynov kimdir? - İLGİNC FAKTLAR...
11:35 / 15-04-2025
Nəsimi rayonunda “PİLOT-16” MMC vətəndaşın evini belə sökür- Video
10:51 / 15-04-2025
Tofiq Bəhramov adına Respublika stadionunda BİABIRÇI VƏZİYYƏT - Zibillik, kəsilmiş, qurudulmuş ağaclar və qanunsuz park yeri
10:03 / 15-04-2025
İş adamı müğənniyə hədə-qorxu gəlir? - Bir daha mənim adımı çəkərsən...
18:29 / 14-04-2025
Konstitusiya Məhkəməsində yeni təyin olunmuş hakim Xanlar Vəliyev kollektivə təqdim edilib
17:51 / 14-04-2025
Nazir Tovuzda vətəndaşları qəbul edəcək
17:17 / 14-04-2025
İdman Kompleksinin direktoru obyekti hansı vəsaitlə əldə edib?
16:32 / 14-04-2025
Ekspert verdiyi rəyi niyə ləğv edib? – Ədalət Həsənovun başçılıq etdiyi mərkəzdə 40 min iddiası
15:50 / 14-04-2025
Nəsimi rayonunda qanunsuz tikintidən Read Qasımovun xəbəri var?

Lənkəran Dram Teatrındakı QALMAQALA direktordan REAKSİYA – “9 illik təhsili olduğu üçün anlayışı yoxdur”
Bölməyə aid digər xəbərlər

Lənkəran Dövlət Dram Teatrının aktyoru Amil İbrahimlinin işdən kənarlaşdırıldığı iddia olunur. Aktyorun saytımıza bildirdiyinə görə teatr daxilində baş verən özbaşınalıqları ortaya çıxardığı üçün rəhbərlik tərəfindən əsassız yerə işdən çıxarılıb.
Bizim.Media-ya açıqlamasında Lənkəran Dövlət Dram Teatrının direktor əvəzi İntiqam Hacılı məsələyə aydınlıq gətirib.
MÖVZU İLƏ BAĞLI:
LƏNKƏRAN DRAM TEATRINDA QALMAQAL – ÖZBAŞINALIQLARI İFŞA EDƏN AKTYOR İŞDƏN UZAQLAŞDIRILDI My Webpage
Aktyorun işdən çıxarılmasını təkzib edən direktor Amil İbrahimlinin yalan informasiya ilə mətbuata çıxdığına təəccübünü də gizlətməyib:
“Amil İbrahimli işdən çıxarılmayıb. Özünə də bununla bağlı məlumat verilib. Sadəcə olaraq o, teatrda nizam-intizam qaydalarını pozduğuna görə fevral ayında şifahi xəbərdarlıq, aprel ayında isə töhmət alıb. Məşqlərə gecikib. Baş rejissorun otağına daxil olaraq trubba müdiri ilə kobud rəftar və mübahisə edib. Son dönəmlərdə isə ümumiyyətlə məşqlərə gəlmədiyinə görə şiddətli töhmət alıb və məsələ həmkarlara çıxarılıb.
Amil İbrahimli Həmkarlar İttifaqının iclasında iştirak edib. Onun 9 illik təhsili var. Yəqin təhsili ona imkan verməyib ki, o anlasın ki, məsələ həmkarlara çıxarılanda oradakı üzvlər əslində işçini müdafiə edir. Teatrın nəzdindəki Həmkarlar Təşkilatı onun məşqə gəlməyərək teatrın iş prinsipinə vurduğu ziyanla bağlı məsələyə baxıb və rəhbərlikdən işçinin bağışlanmasını istəyib. Amil İbrahimli isə onun haqqında trubba müdirinin yazdığı təqdimata qarşılıq olaraq üzrxahlıq izahatı yazıb. Trubba rəhbəri və rejissor assenti tərəfindən yazdığı üzrzahlıq qəbul edilib.
İşdən çıxarılsaydı, bu barədə onun özünə qanuni şəkildə bidirilərdi. Amil İbrahimlini məndən əvvəl teatrın yardım heyətinə aktyor kimi götürüblər. Biz əslində 9 illik təhsili olsa da, bu cür həvəsi olan insanlara güzəşt edib işdə saxlayırıq. Həm yaşadığı şəhərdə maaş alıb dolanır, həm də teatrda epizotik rollarda oynayır. Amil İbrahimli ilə kimin nə problemi ola bilər ki?”
Aktyorun hazırda məzuniyyətdə olduğunu vurğulayan İntiqam Hacılının sözlərinə görə bir neçə gün əvvəl özü də Amil İbrahimli ilə əlaqə saxlayıb:
“Maraqlıdır, niyə Amil İbrahimli mətbuata dezinformasiyalar verir? Məqsədi nədir? Yəqin ki, sentyabr ayında o, işə gələndə ondan soruşulacaq. O da Azərbaycanın vətəndaşıdır. Ola bilər gəncdir, yaşı və təhsili bəzi prosesləri anlamağa imkan vermir. İnanıram ki, o, öz səhvini başa düşər və iza edər ki, nəyə görə belə edib.
İşdən çıxarma elə bir prosesdir ki, ona birbaşa olaraq direktor qərar verə bilmir. Müəssisənin nizamnaməsinə, nizam-intizam qaydalarına Əmək Məcəlləsində əks olunan qaydalara uyğunsuzluq hərəkət o qədər çoxalır ki, artıq qanunla işçini işdən azad edir. İlk səhv edən işçini işdən çıxarmırlar axı…Ola bilər kimsə ona izah edib ki, “şiddətli töhmət almısan, səni işdən çıxaracaqlar”.
Çox güman ki, Əmək Məcəlləsindən o dərəcədə anlayışı yoxdur. 21 iyulda ona bir daha bildirmişdik ki, üzrxahlıq izahatı qəbul olunub və Həmkarlar Təşkilatı onun işdə qalmasını təmin edib”.
Qeyd edək ki, Lənkəran Dövlət Dram Teatrının adı dəfələrlə qalmaqallarda çəkilib. İddialara görə bu ilin yanvarında baş rejissor və aktyor heyəti arasında ciddi qalmaqal yaranıb. Tərəflərin bir-birlərinin üzərinə qayçı ilə hücum çəkdikləri bildirilir.
İntiqam Hacılı sözügedən məsələyə də münasibət bildirib. O, deyib ki, yanvarın 17-də teatrın rəhbərliyində dəyişiklik olub və təhvil-təslim prosesi gedib:
“Yəni teatrın əmlakı köhnə rəhbərlikdən yeni rəhbərliyə təhvil verilib. Həmin vaxtı heç bir tamaşanın məşqi getməyib ki, baş rejissor aktyorlarla münasibətdə olsun və hansısa qalmaqal baş versin. Baş rejissorla aktyorlar arasında bir proses onda baş verir ki, hansısa bir tamaşanın məşqi gedir. Həmin vaxtı da teatrımızda təhvil-təslim işləri gedib. Necə ola bilər ki, baş rejissorla aktyorlar arasında problem olsun? Yanvar deyil, fevral, mart, aprel və ya iyul olsun… Hansısa müəssisədə qalmaqal varsa, bunu edənlər çıxıb açıqlama versinlər”.
Alçina Amilqızı, Bizim.Media
Tarix: 24-07-2023, 19:49
Bölməyə aid digər xəbərlər
7-07-2023, 09:56
Nərimanov Tibb Mərkəzi ilə bağlı Mikayıl Cabbarovdan KÖMƏK İSTƏNİLDİ - Əgər təftiş olunarsa...
25-06-2023, 12:35
Buraların AĞASI BƏLLİDİR... - İTTİHAM VAR!
24-07-2023, 08:33
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!