19:00 / 22-01-2025
Göyçayda 5 tələbənin qidadan zəhərlənmədiyi məlum olub - YENİLƏNİB
18:36 / 22-01-2025
İki universitetimiz dünyanın nüfuzlu reytinqində
17:27 / 22-01-2025
Mətənət Əsədova Orxan Göyçaylı ilə “Tik-tok” da oyun keçirib 500 manatdan mərc etdilər-Video
16:32 / 22-01-2025
ARTİ və MÜTDA oyunları bitmir. Məktəblərdə hər şeyin yanlış olmasına gətirib çıxarır...
15:50 / 22-01-2025
"VƏZİFƏLİ MƏMURLAR UNİVERSİTETƏ GƏLMƏDƏN YÜKSƏK QİYMƏTLƏR ALIRLAR..." -"Onlara qayıb yazmaq qadağan olunub"
15:18 / 22-01-2025
Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...
14:27 / 22-01-2025
“Pilot Residence” MTK ilə bina sakinləri arasında qalmaqal böyüyür – Sakinlər Prezidentə müraciət etdilər
13:56 / 22-01-2025
500 milyardlıq yeni layihəni elan etdi
11:26 / 22-01-2025
Lisenziyasız,sertifakatsız fəaliyyət göstərən kosmetoloq- Aygun Məlikova dolğu və plazma terapiya həyata keçirir
10:50 / 22-01-2025
“AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
10:26 / 22-01-2025
Piyadanı vuraraq öldürən Azəriqaz İstehsalat Birliyinin baş müşaviri Nail Abdullayev niyə məsuliyyətə cəlb olunmayıb?
10:01 / 22-01-2025
"Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
09:25 / 22-01-2025
“Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? - Ekologiya nazirliyi məsələ ilə bağlı açıqlama verəcəkmi..
09:01 / 22-01-2025
BU NƏDİ BELƏ: Müştərini rəsmən ƏSİR GÖTÜRDÜLƏR... - TƏFƏRRÜAT
19:08 / 21-01-2025
Türkiyədəki yanğında ölənlər arasında azərbaycanlı YOXDUR
16:53 / 21-01-2025
MSK sədri: Ciddi qayda pozuntusunun qeydə alınacağı məntəqələrin üzvləri cəzalandırılacaq
16:18 / 21-01-2025
"Dövlət içində dövlət qurublar..." - GİLEY
15:03 / 21-01-2025
Daun xəstəsi olan uşağı sağlam çıxarırlar... - GİLEY
14:15 / 21-01-2025
Xırdalanda təhsili bazara çeviriblər - İTTİHAM VAR...
13:29 / 21-01-2025
Azərbaycan Prezidenti Donald Trampı təbrik edib
12:46 / 21-01-2025
AYNA-nın bu yoldakı problemləri bitib-tükənmir - VİDEO
12:14 / 21-01-2025
Binəqədi İcra Hakimiyyəti 9-cu mikrorayonda aparılan qanunsuz tikintiyə "göz yumur" -FOTOFAKT
10:17 / 21-01-2025
Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? -ŞOK FAKTLAR
10:16 / 21-01-2025
Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? -ŞOK FAKTLAR
09:51 / 21-01-2025
“Sea Breeze”dəki mənzillərdə problemlər var? - VİDEO
09:09 / 21-01-2025
Azərbaycanda vəzifəli şəxsin qızı faciəli şəkildə öldü - FOTO
16:11 / 20-01-2025
"Nur Klinika"nın dövlətə vergi borcu üzə çıxdı - Əməliyyat zamanı "pasientlər"lə yarıçılpaq "selfie"/ FOTOFAKT
14:26 / 20-01-2025
35 il öncənin Bakısı - FOTO
13:26 / 20-01-2025
Prezident Şəhidlər xiyabanını ziyarət etdi - FOTOLAR
12:54 / 20-01-2025
Ceyhun Bayramov: Azərbaycanın Ermənistanla təmasları davam edir
Hər gün bir satınalmanın qalibi olan “VNM SERVİS” MMC-yə bu şəraiti kimlər yaradır?
Bölməyə aid digər xəbərlər
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tabelı, rayonlarda yerləşən istismar idarələri tərəfindən elan olunmuş bir çox tenderlərin keçirilməsi prosedurunda ciddi qanun pozuntularına yol verilməsi barədə demək olar hər gün yeni məlumatlar yayılır. Sözügedən cəmiyyətə tabeli qurumların keçirdiyi tenderlərdə hər il yeni bir MMC qalib çıxarılır, hesablara pullar köçürür, müəyyən məqsədləri həyata keçirildikdən sonra o şirkətlərdən heç xəbər-ətər qalmır. Bu ilin başlanğıcından isə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tabelı idarələr “VNM SERVİS” MMC ilə işbirliyinə başlayıblar. Səhmdar cəmiyyətin yerli idarələri cari ilin iyun, iyul aylarında adıçəkilən MMC ilə 25 satınalma müqaviləsi bağlamışlar.
Bəs bu 25 satınalma müqaviləsi bağlanılmış MMC-nin fəaliyyət dairəsi barədə nə kimi məlumatlar var? Açıq internet mənbələrində MMC-nin barəsində demək olar ki, heç bir məlumat yoxdur. Amma bu MMC-nin iyun-iyul aylarında, yəni son 45 gün ərzində bir-iki satınalmadan başqa, ancaq Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tabelı idarələrin keçirdiyi tender və kotirovka sorğularının qalibi olması barədə dövlət satınalmalarının vahid internet portalında geniş məlumatlar var.
Belə ki, MMC mexanizm və nəqliyyat vasitələri üçün ehtiyyat hissələrinin və sürtkü yağlarının satın alınması, maşın mexanizmlərin ehtiyyat hissələrinin satın alınması, avtomobillər üçün ehtiyat hissələrinin satın alınması, cari təmir işləri üçün tikinti materiallarının və azqiymətli əşyaların satın alınması, torpaq qazan mexanizimlərə və avtomobillərə ehtiyat hissələrinin satın alınması və sürtgü yağlarının satın alınması üzrə Astara, Cəlilabad, Biləsuvar, Salyan, Neftçala, Hacıqabul, Abşeron, Ağdaş, İsmayıllı, Zaqatala, Ağcabədi, İmişli, Bərdə, Yevlax, Füzuli, Samux, Laçın, Xaçmaz, Şabran kimi rayonların Suvarma Sistemləri İdarələrinin və bir sıra Hidroqovşaq İstismarı İdarələrinin keçirdiyi açıq tender və kotirovka sorğularının qalibi olub və ümumilikdə 1 093 239 manat məbləğində satınalma müqavilələri bağlayıb.
Məlum olduğu kimi respublikada analoji iş və xidmətləri həyata keçirə biləcək onlarla belə şirkətlər var. Amma bir MMC, bir quruma tabeli onlarla idarənin sifarişlərini əldə edirsə, burada şəffaflıqdan söhbət belə gedə bilməz. Bu tər-təmiz inhisarçılıqdı. Bu azad rəqabətin açıq şəkildə pozulmasıdı ki, buna da İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti rəvac verir.
Göründüyü kimi, dövlət sifarişlərinin hərəsi bir rayondan verilib. MMC cəmi 45 gün ərzində ancaq Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tabeli idərələrdən ümumi olaraq 1 093 239 manat məbləğində dövlət sifarişləri alıb. Nizamnamə kapitalı cəmi 10 manat olan, maddi-texniki bazası barədə heç bir məlumat olmayan “VNM SERVİS” MMC-nin bu işləri necə reallaşdıra biləcək? Görəsən MMC eyni anda, ayrı-ayrı rayonlarda maşın mexanizmləri üçün ehtiyyat hissələri ilə, sürtgü yağları ilə necə təmin edəcək? Bu sifarişləri həyata keçirmək üçün MMC-nin, maddi-texniki bazası, ixtisaslaşdırılmış işçi qrupu varmı?
Bunlardan əlavə MMC Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tabeli idərələrin hələ davam edən, yəni tamamlanmamış tender və kotirovka sorğularında da qalib çıxıb.
Zərdab Suvarma Sistemləri İdarəsinin hələ tamamlamadığı müxtəlif növ sürtkü materiallarının satınalınması üzrə 44.379,8 manat məbləğində satınalma 13.07.2023-cü il tarixdə açıqlanıb;
Tərtər Suvarma Sistemləri İdarəsinin hələ tamamlamadığı maşın və mexanizimlər üçün motor və sürtkü materiallarının satın alınması üzrə 9.735 manat məbləğində satınalma 13.07.2023-cü il tarixdə açıqlanıb;
Salyan Suvarma Sistemləri İdarəsinin hələ tamamlamadığı sürtkü yağlarının satın alınması üzrə 12.957,29 manat məbləğində satınalma 11.07.2023-cü il tarixdə açıqlanıb;
Hacıqabul Suvarma Sistemləri İdarəsinin hələ tamamlamadığı maşın mexanizmlər və avtonəqliyyat vasitələriüçün ehtiyyat hissələrin satın alınması üzrə 138.059,53 manat məbləğində satınalma 07.07.2023-cü il tarixdə açıqlanıb;
Tərtərçay Hidroqovşağı İstismar İdarəsinin hələ tamamlamadığı maşın-mexanizmlər, nəqliyyat vasitələri üçün ehtiyyat hissələrinin və sürtkü materiallarının satın alınması üzrə 60.877,68 manat məbləğində satınalma 06.07.2023-cü il tarixdə açıqlanıb;
Xaçmaz Suvarma Sistemləri İdarəsinin hələ tamamlamadığı sürtkü materiallarının satın alınması üzrə 26.500,44 manat məbləğində satınalma 06.07.2023-cü il tarixdə açıqlanıb;
Füzuli Suvarma Sistemləri İdarəsinin hələ tamamlamadığı sürtkü materiallarının satın alınması üzrə 4.500,52 manat məbləğində satınalma 04.07.2023-cü il tarixdə açıqlanıb;
Şabran Suvarma Sistemləri İdarəsinin hələ tamamlamadığı maşın mexanizmlər və nəqliyyat vasitələri üçün sürtgü materiallarının satınalınması üzrə 21.608,16 manat məbləğində satınalma 03.07.2023-cü il tarixdə açıqlanıb;
Qeyd edək ki, bu məlumatlar dövlət satınalmalarının vahid internet portalına 1 iyun, 16 iyul tarixlərində yerləşdirilib. Göründüyü kimi “VNM SERVİS” MMC son 45 gün ərzində 33 açıq tender və kotirovka sorğularının qalibi elan edilib. Bu 45 günün 14-ü qeyri iş günü olub. Qalan 30 gündə isə MMC hər gün bir satınanalmanın qalibi olub. Düzdü son qeyd etdiyimiz satınalmalar üzrə hələlik müqavilələr bağlanılmayıb, yəni qalib dəyişə bilər. Amma prosesin gedişatı onu göstərir ki, bu müqavilələr də məhz “VNM SERVİS” MMC ilə bağlanılacaq. Bu satınalmalar üzrə isə dövlət sifarişlərinin məbləği 318 615 manat təşkil edəcək. Bunu da 1 093 239 manatın üstünə gəlsək MMC-nin son 45 gündə 1 411 854 manat məbləğində dövlət sifarişi alması ortaya çıxır.
Bəs 45 gün ərzində bu qədər dövlət sifarişini kim əldə edə bilər? Əlbəttə, yüksək çinli dövlət məmurlarının yaxınları. Yuxarıda qeyd etdiyimiz kimi MMC-nin fəaliyyət sferası barədə heç bir məlumat yoxdu. Dövlət Vergi Xidmətinin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “VNM SERVİS” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 11.09.2019-cu il tarixdə dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, BİLƏCƏRİ ŞTQ, SUMQAYIT ŞOSSESİ (BİLƏCƏRİ QƏS.), ev 5, MOSKVA PR. qanuni təmsilçisi kimi isə Nağıyev Vüqar Məhəmməd oğlu qeyd olunub. MMC-nin qanuni təmsilçisi Nağıyev Vüqar Məhəmməd oğlunun barəsində də açıq mənbələrdə məlumatlar yoxdur. Məlum olan odur ki, MMC 45 gün ərzində 33 tender və kotirovka sorğularının qalibi olub.
Qeyd etdiyimiz kimi burada şəffalıqdan söhbət belə gedə bilməz. Bu inhisarçılığın bariz bir nümunəsidi. Bu ölkədə dövlət satınalmalarında azad rəqabətin açıq şəkildə pozulmasıdı. Bir MMC-nin 45 gün ərzində 33 açıq tender və kotirovka sorğusunda qalib olması satınalma prosedurlarında ancaq saxtakarlıq hallarına yol verdikdə baş tuta bilər. Bu kimi hallara da təbii ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti zəmin yaradır. Bir də yüksək çinli dövlət məmurları.
Məqalədə göstərilənlərlə bağlı digər tərəflərin də mövqeyini işıqlandırmağa hazırıq.
Aktualinfo.org
Tarix: 20-07-2023, 08:10
Bölməyə aid digər xəbərlər
20-06-2023, 12:41
Zaur müəllimin Bərdədəki kadrı BÜDCƏNİ DAĞIDIR... - Tələs, Zaur, tələs... yoxsa büdcədən heç nə qalmayacaq...
19-08-2023, 23:32
Prezident fərman imzaladı
8-06-2023, 12:05
Vüqar Əhmədov “Azərişıq” ASC-nin hər tenderindən nə qədər pul “qatdalayır” – II yazı