Rusiya Ukraynanın şəhər və kəndlərini atəşə tutdu: Ölənlər və yaralananlar var

Rusiya Ukraynanın şəhər və kəndlərini atəşə tutdu: Ölənlər və yaralananlar var
 
Rusiya qoşunları Ukraynanın Donetsk vilayətindəki Avdeyevka şəhərini və üç kəndi - Stepanovka, Stepnoye və Makarovkanı “Qrad” və “Smerç” reaktiv yaylım atəşi sistemlərindən atəşə tutub.
 
Nəticədə üç nəfər ölüb, beş nəfər yaralanıb.
 
Bu barədə Ukrayna Baş Prokurorluğu məlumat verib.
 
“Partlayışlar nəticəsində 3 yerli sakin həlak olub. Bu, 52 yaşlı qadın, 52 və 49 yaşlı iki kişidir. Sonuncu su götürmək üçün quyuya gedərkən küçədə atəşə tuş gəlib”, - deyə məlumatda qeyd edilib.
Həmçinin onun 20 yaşlı oğlu və 45-76 yaşlarında olan daha dörd qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
 
Xəsarət alanlar mina partlaması və qəlpə yaraları ilə tibb müəssisələrinə yerləşdiriliblər. İki nəfərə kontuziya və travmatik şok diaqnozu qoyulub”, - deyə Baş Prokurorluqdan əlavə edilib.
 
Mənbə: RBC-Ukrayna

Tarix: 18-07-2023, 14:39


Bölməyə aid digər xəbərlər