Yeni Klinikaya direktor təyin edildi

Yeni Klinikaya direktor təyin edilib. 
 
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bu vəzifə Barat Yusubova həvalə olunub.
 
Barat Yusubov Mərkəzi Neftçilər Xəstəxanası, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi və digər tibb müəssisələrində işləyib. 2018-ci ildən “EGE Hospital”ın Müşahidə Şurasının sədri kimi çalışıb.
Qeyd edək ki, bundan əvvəl Yeni Klinikanın direktoru rüşvət ittihamı ilə 3 il əvvəl həbs olunan və bu günlərdə azadlığa çıxan Pərviz Abbasov olub. Onu tanınmış anestezioloq Cavid Paşayev əvəz edirdi.

Tarix: 14-07-2023, 18:30


Bölməyə aid digər xəbərlər