14:26 / 20-01-2025
35 il öncənin Bakısı - FOTO
“Qarabağ”ın oyunu bu göstəricidə sonuncudur

“Qarabağ”ın oyunu bu göstəricidə sonuncudur
 
Çempionlar Liqasının I təsnifat mərhələsində oyunları izləyən azarkeşlərin sayı açıqlanıb. İlk görüşlər çərçivəsində ən az azarkeş “Linkoln” – “Qarabağ” qarşılaşmasında olub.
 
Belə ki, Ağdam təmsilçisinin Cəbəllütariq çempionu ilə “Viktoriya” stadionundakı duelinə cəmi 683 nəfər gəlib. Azərbaycan çempionu qarşılaşmadan 2:1 hesablı qələbə ilə ayrılıb.
 
Ən çox azarkeş isə “Astana” (Qazaxıstan) – “Dinamo” (Tbilisi, Gürcüstan) görüşünə toplaşıb. 1:1 hesabı ilə yekunlaşan oyuna tribunadan 27 min 328 adam tamaşa edib.
 
Ümumilikdə 15 qarşılaşmada 102 minə yaxın azarkeş olub.
Qeyd edək ki, “Qarabağ”la “Linkoln” arasında cavab oyunu iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Tarix: 13-07-2023, 09:53


Bölməyə aid digər xəbərlər