14:26 / 20-01-2025
35 il öncənin Bakısı - FOTO
Nərimanov Tibb Mərkəzinin işçiləri TƏBİB-ə qarşı - GİLEY

 
İllərdir Nərimanov Tibb Mərkəzində (keçmiş 5 saylı Xəstəxana) çalışan vətəndaşlar rəhbərlikdən şikayətçidir.
 
Bu barədə xəstəxana çalışan işçilərdən biri Bakupost.az -a müraricət edib.
 
Adının açıqlanmasını istəməyən şikayətçi bildirib ki, ötən il rəhbərlik xəstaxananın 2 illik təmirə bağlandığını açıqlayıb:
 
"Rəhbərlik dedi ki, avqustun 1-dən burada çalışan həkim və tibb bacıları 6 saylı Uşaq Kliniki Xəstəxanasına köçürüləcək".
Şikayətçinin sözlərinə görə, 6 saylı Uşaq Kliniki Xəstəxanası sovet dövründən bu yana bir dəfə də olsun, təmir olunmayıb:
"Həmin xəstəxananın otaqları, dəhlizi, bütün binası Nərimanov Tibb Mərkəzindən daha pis vəziyyətdədir. Həm də Nərimanov Tibb Mərkəzində çalışan həkim və tibb bacıları 6 saylı Uşaq Kliniki Xəstəxanasına yerləşməyəcək".
Şikayətçi bu məsələdən dolayı Nərimanov Tibb Mərkəzinin personalının TƏBİB-dən narazı olduğunu da qeyd edib:
"Sizin vasitənizlə biz tibbi personal olaraq TƏBİB rəhbərinə sual ünvanlamaq istərdik: Niyə Nərimanov Tibb Mərkəzinin heyəti müvəqqəti olaraq müasir üslubda təmir olunmuş, hər cür tibbi avadanlıqlarla təmin edilmiş, lakin otaqlarının 80% boş olan "Yeni Klinika"ya deyil, şəraitsiz, təmirsiz, kiçik binası olan 6 Saylı Uşaq Kliniki Xəstəxanasına köçürülür?”
 
Məsələ ilə bağlı TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova ilə əlaqə saxladıq.
O, şikayət üzrə araşdırma apardıqdan sonra məlumat verəcəklərini bildirsə də, sonradan zənglərimizə cavab vermədi.
 
Bakupost.az

Tarix: 12-07-2023, 17:49


Bölməyə aid digər xəbərlər