19:00 / 22-01-2025
Göyçayda 5 tələbənin qidadan zəhərlənmədiyi məlum olub - YENİLƏNİB
18:36 / 22-01-2025
İki universitetimiz dünyanın nüfuzlu reytinqində
17:27 / 22-01-2025
Mətənət Əsədova Orxan Göyçaylı ilə “Tik-tok” da oyun keçirib 500 manatdan mərc etdilər-Video
16:32 / 22-01-2025
ARTİ və MÜTDA oyunları bitmir. Məktəblərdə hər şeyin yanlış olmasına gətirib çıxarır...
15:50 / 22-01-2025
"VƏZİFƏLİ MƏMURLAR UNİVERSİTETƏ GƏLMƏDƏN YÜKSƏK QİYMƏTLƏR ALIRLAR..." -"Onlara qayıb yazmaq qadağan olunub"
15:18 / 22-01-2025
Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...
14:27 / 22-01-2025
“Pilot Residence” MTK ilə bina sakinləri arasında qalmaqal böyüyür – Sakinlər Prezidentə müraciət etdilər
13:56 / 22-01-2025
500 milyardlıq yeni layihəni elan etdi
11:26 / 22-01-2025
Lisenziyasız,sertifakatsız fəaliyyət göstərən kosmetoloq- Aygun Məlikova dolğu və plazma terapiya həyata keçirir
10:50 / 22-01-2025
“AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
10:26 / 22-01-2025
Piyadanı vuraraq öldürən Azəriqaz İstehsalat Birliyinin baş müşaviri Nail Abdullayev niyə məsuliyyətə cəlb olunmayıb?
10:01 / 22-01-2025
"Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
09:25 / 22-01-2025
“Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? - Ekologiya nazirliyi məsələ ilə bağlı açıqlama verəcəkmi..
09:01 / 22-01-2025
BU NƏDİ BELƏ: Müştərini rəsmən ƏSİR GÖTÜRDÜLƏR... - TƏFƏRRÜAT
19:08 / 21-01-2025
Türkiyədəki yanğında ölənlər arasında azərbaycanlı YOXDUR
16:53 / 21-01-2025
MSK sədri: Ciddi qayda pozuntusunun qeydə alınacağı məntəqələrin üzvləri cəzalandırılacaq
16:18 / 21-01-2025
"Dövlət içində dövlət qurublar..." - GİLEY
15:03 / 21-01-2025
Daun xəstəsi olan uşağı sağlam çıxarırlar... - GİLEY
14:15 / 21-01-2025
Xırdalanda təhsili bazara çeviriblər - İTTİHAM VAR...
13:29 / 21-01-2025
Azərbaycan Prezidenti Donald Trampı təbrik edib
12:46 / 21-01-2025
AYNA-nın bu yoldakı problemləri bitib-tükənmir - VİDEO
12:14 / 21-01-2025
Binəqədi İcra Hakimiyyəti 9-cu mikrorayonda aparılan qanunsuz tikintiyə "göz yumur" -FOTOFAKT
10:17 / 21-01-2025
Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? -ŞOK FAKTLAR
10:16 / 21-01-2025
Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? -ŞOK FAKTLAR
09:51 / 21-01-2025
“Sea Breeze”dəki mənzillərdə problemlər var? - VİDEO
09:09 / 21-01-2025
Azərbaycanda vəzifəli şəxsin qızı faciəli şəkildə öldü - FOTO
16:11 / 20-01-2025
"Nur Klinika"nın dövlətə vergi borcu üzə çıxdı - Əməliyyat zamanı "pasientlər"lə yarıçılpaq "selfie"/ FOTOFAKT
14:26 / 20-01-2025
35 il öncənin Bakısı - FOTO
13:26 / 20-01-2025
Prezident Şəhidlər xiyabanını ziyarət etdi - FOTOLAR
12:54 / 20-01-2025
Ceyhun Bayramov: Azərbaycanın Ermənistanla təmasları davam edir
Azərbaycanın “tender kralı” Ramazan Mirzəyev hələ də öz “taxtında” möhkəm oturub...
Bölməyə aid digər xəbərlər
Araşdırmalar göstərir ki, 2013-cü ildən 2022-ci ilə qədər Ramazan Mirzəyevə məxsus şirkətlərin dövlət qurumlarından udduqları tenderlerin ümumi həcmi 1,5 milyard manata yaxındır...
Azərbaycan iqtisadiyyatının korrupsiya üçün çoxsaylı zəif həlqələrindən biri dövlət tenderləridir. Dövlət satınalmalarında korrupsiya o qədər yüksəkdir ki, artıq bu hal bir çox deputatlar və dövlət məmurları tərəfindən açıq şəkildə etiraf edilir.
Poliqon xəbər verir ki, Azərbaycanda tender sahəsi üzrə məşhurlaşan, bu sahədən illər ərzində milyonlar qazanan və bu sahənin ən əsas oyunçularından biri “tender kralı” kimi tanınan iş adamı Hacı Ramazan Mirzəyev hesab olunur. Ölkə mətbuatında Ramazan Mirzəyevin müxtəkif sahələrdə tenderləri udan onlarla, bəlkə də yüzlərlə şirkətinin adı açıqlanıb və bu şirkətlərin tenderləri udması bir qayda olaraq qanun pozuntusu ilə müşahidə olunub. Buna baxmayaraq Ramazan Mirzəyev hələ də ölkənin ən çox tender udan sahibkarı olmaqda dvam edir.
Bir qayda olaraq Ramazan Mirzəyev dövlət satınalmalarında iştirak edib qalib gələn MMC-ləri heç kimin tanımadığı adamların adına açır. Bəzən isə həmin adamlar özləri də bizneslə məşğul olduqlarını və bahalı tenderlərin qalibi olduqlarını bilmirlər. Bəzən isə Ramazan Mirzəyevə məxsus olan onlarla şirkət eyni ünvanda fəaliyyət göstərir.
Nə hikmətdirsə, illərdir dövlət qurumlarının keçirdiyi tenderlərin əksəriyyətinin qalibi məhz Ramazan Mirzəyevə bağlı şirkətlər olur. İl ərzində milyonlarla manat tenderlərin qalibi olan bu şirkətlər haqqında axtarış aparılan zaman da hansısa ciddi bir məlumata rast gəlmək mümkün deyil. Bu şirkətlərin nə rəsmi ünvanları, ofisləri, nə də sosial şəbəkələrdə hesabları var. On minlərlə manat dəyərində tenderlərin qalibi olan şirkətlərlə isə əlaqə saxlamaq mümkün deyil. Çünki heç yerdə bu şirkətlərin əlaqə məlumatıarı yoxdur.
Ümumilikdə dövlətdən on milyonlarla vəsait alan belə şirkətlərin şəffaflıqdan və hesabatlılıqdan kənar olması, maliyyə nəzarəti qurumlarının isə bunu görməzdən gəlməsi ciddi qanun pozuntusudur və təəccüb doğurur.
Araşdırmalar göstərir ki, 2013-cü ildən 2022-ci ilə qədər Ramazan Mirzəyevə məxsus şirkətlərin dövlət qurumlarından udduqları tenderlerin ümumi həcmi 1,5 milyard manata yaxındır.
Bu şirkətlərin qazandığı tenderlərdə dövlət vəsaitinin bir hissəsinin mənimsənilməsi isə hər kəsədə şübhə doğurmur. Çünki qanuna zidd olaarq heç kimin tanımadığı, əlaqə məlumatları olmayan şirkətlərin tender qazanması qeyri-şəffaflıqdan və korrupsiya əməllərindən xəbər verir ki, burda da tender komissiyalarının qanunazidd fəaliyyətlərini qeyd etməmək mümkün deyil
Məlumata görə, Ramazan Mirzəyev son illər daha çox nəzərə çarpmamaq üçün tenderləri qazanan şirkətləri tez-tez bir-biri ilə əvəz edir.
İş adamına “tender kralı” titulunu qazandıran əsas şirkətləri isə “VEST-LTD” QSC ilə “İnpeks.N.” MMC şirkətləridir.
Ramazan Mirzəyevin şirkətləri ilə bağlı apardığımız kiçik araşdırmada ortaya çıxan mənzərədə məlum olur ki, “tender kralı” Bakı Şəhər İcra Hakimiyyətinin, digər rayon icra hakimiyyətlərinin, həmçinin Maliyyə Nazirliyinin Xəzinədarlıq Agentliyindən tutmuş Mədəniyyət Nazirliyininin, Elm və Təhsil Nazirliyinin və sair qurumların satınalmalarında ƏBƏDİ “qalib” olur.
İş adamı böyük tenderləri “VEST-LTD” QSC ilə “İnpeks.N.” MMC şirkətləri ilə udsa da, digər kiçik satınalmalarda isə, əsasən, 10 manatlıq MMC-lərini işə qoşur.
Ramazan Mirzəyevlə bağlı yayılan informasiyalardan biri də onun heç kəsin tanımadığı minlərlə 10 manatlıq şirkətlərə sahib olması ilə bağlıdır.
Ölkə mətbuatında yayılan məlumatlarda 2018-2019-2020-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətininin və digər qurumların satınalmalarında qalib olan “Yukon-K”, “Astok-5”, “Foodr 21”, “Vinsfud”, “Vertus 2018”, “Local LLC”, “Green SS”, “Ardo-2017”, “Təchizat Servis-18”, “Hermes-R Group”, “Staples Holding”,”Aztex-NN Servis”, “Gibernes MM”, “Katlos 2020”, “Local LLC”, “Forvard-SS”, “Olimpic HH”, “Kross Good”, “Faraon 200”, “Rudel Marketing” MMC- şirkətlərinin Ramazan Mirzəyevə məxsus olduğu qeyd olunub.
Qeyd edək ki, bütün bu iddialarla bağlı Ramazan Mirzəyevlə və ona bağlı olan şirkətlərlə əlaqə saxlamağa çalışsaq da heç bir əlaqə məlumatı tapa bilmədik. İddialarla bağlı Ramazan Mirzəyevin və ona bağlı olduğu iddia edilən şirkətlərin mövqeyini dərc etməyə hazırıq.
Poliqon.info
Tarix: 12-07-2023, 13:47
Bölməyə aid digər xəbərlər
5-06-2023, 12:45
“Azərişıq” ASC-də satınalmalar qanunlarla deyil, maraqlara üyğun təşkil edilir – KİMLƏRİN?
8-06-2023, 12:05
Vüqar Əhmədov “Azərişıq” ASC-nin hər tenderindən nə qədər pul “qatdalayır” – II yazı
2-06-2023, 10:22
Dövlət pul ayırır ki, elm inkişaf etsin... nazir altına YUMŞAQ MEBEL ALIR... - FAKT BUDUR!
6-06-2023, 09:21
Ağalar Vəliyev GÖZÜQARADIRMI? - Onu CƏZALANDIRAN OLACAQMI?