Ukrayna 12 ölkənin imzaladığı sazişə qoşulmaq istəyir

Ukrayna 12 ölkənin imzaladığı sazişə qoşulmaq istəyir
Ukrayna Hərtərəfli və Proqressiv Trans-Sakit Okean Tərəfdaşlığı Sazişinə (CPPTA) qoşulmaq üçün müraciət edib.
 
Bu barədə Yaponiyanın iqtisadi bərpa naziri Şiqeyuki Qoto bildirib.
 
“Ukrayna tərəfdaşlığa qoşulmaq üçün müraciət edib. Ehtimal olunur ki, müraciətə iyulun 16-da Yeni Zelandiyada keçiriləcək assosiasiyaya aid ölkələrin nazirlərinin görüşündə baxılacaq”, - açıqlamada deyilir.
 
Xatırladaq ki, Trans-Sakit Okean Tərəfdaşlığı üzrə ilkin razılaşma yeddi illik danışıqlardan sonra 2016-cı il fevralın 6-da Yeni Zelandiyada bağlanıb. Sənədi 12 dövlətin - Avstraliya, Bruney, Vyetnam, Kanada, Malayziya, Meksika, Yeni Zelandiya, Peru, Sinqapur, ABŞ, Çili və Yaponiyanın nümayəndələri imzalayıblar.

Tarix: 7-07-2023, 09:10


Bölməyə aid digər xəbərlər