Xocəsəndə taxta yeşiklər yığılmış ərazi yanır - YENİLƏNİB


Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində taxta sexinin ərazisində baş verən yanğının yayılmasının qarşısı alınıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 
Bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir. 
16:58
Bakının Binəqədi rayonu, Xocasən qəsəbəsində taxta yeşiklər yığılmış ərazi yanır.
Fövqəladə Hallar Nazirliyindən "Report"un Sumqayıt-Abşeron bürosuna verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Bildirilib ki, hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.


Tarix: Dünən, 17:48


Bölməyə aid digər xəbərlər