19:00 / 18-04-2025
Baş Prokuror Milli Aviasiya Akademiyasında mühazirə oxuyub - Fotolar
18:12 / 18-04-2025
Qalmaqallı direktorun səs yazısı yayıldı - Məhkəməyə verildi -FOTOLAR+VİDEO
17:52 / 18-04-2025
3 ayda azad olunmuş ərazilərə bu qədər xərclənib
17:33 / 18-04-2025
Bakıda konsert təşkilatçılarının gizlin əməlləri-Qalmaqal
17:07 / 18-04-2025
Rauf Əliyevin külli miqdarda vergi borcu üzə çıxdı
16:31 / 18-04-2025
Rusiya “Taliban”ı tanıdı – Əfqanıstan uğrunda yeni mübarizə - ŞƏRH
15:54 / 18-04-2025
Prezident ailəsi ilə “Sea Breeze”dəki layihələrlə tanış oldu
15:36 / 18-04-2025
Sabunçu rayonunda qanunsuz tikintiyə kim icazə verib? -Video-Foto
15:05 / 18-04-2025
Anar Axundovla Valeh Mirzəliyevin 1.3 milyonluq vəsaiti.....-Qalmaqal
14:43 / 18-04-2025
Araz Paşayev dövlət vəsaitlərinin necə qanunsuz istifadə edib?
14:19 / 18-04-2025
Dövlət Dəniz Liman Agentliyi “qara zolaq”da:daha bir tender ləğv olundu
13:22 / 18-04-2025
Elm və Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsində maliyyə pozuntusu -pullar qanunsuz xərclənib
12:36 / 18-04-2025
Şahin Seyidzadənin gizli əməlləri ÜZƏ ÇIXDI –TƏFƏRRÜAT
12:04 / 18-04-2025
Xırdalan pivəsinin istehsalçısı MƏHKƏMƏLİK OLDU –Sumqayıtda qalmaqallı iş
11:42 / 18-04-2025
Azərbaycan XİN Başlıbel faciəsinin ildönümü ilə bağlı paylaşım edib
11:18 / 18-04-2025
Naxçıvan icra Hakimiyyətinin başçısının müavini Bakıda ticarət mərkəzi tikdirib -3 mərtəbəli
10:51 / 18-04-2025
Fəxri Kazımov 11.7 milyon manatı......
10:10 / 18-04-2025
Göygöl rayonunda Azər Hacıyevin aqrar sektorda hökmü və özbaşınalıqları... -YENİLƏNDİ
09:41 / 18-04-2025
Elsevər Ağayev Naxçıvanın Səhiyyə naziri olmaq istəyir - SƏN DEMƏ...
18:56 / 17-04-2025
Peskov: Rusiya-ABŞ əlaqələri davam edəcək
18:24 / 17-04-2025
Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17:56 / 17-04-2025
Nərimanov rayonunda bu tikintiyə kim icazə verdi?-Video
17:40 / 17-04-2025
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -Şər şəbəkəsi formalaşdırıb
17:04 / 17-04-2025
“İrşad Elektroniks” buna görə cərimələnə bilər - ÇÜNKİ...
16:31 / 17-04-2025
Sumqayıtda evdən kişi meyiti tapıldı
16:04 / 17-04-2025
Adil Əliyevi maraqlandırmayan QALMAQAL: məcburi köçkünə sahib duran yoxdur -VİDEO
15:37 / 17-04-2025
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/SENSASİYA
14:42 / 17-04-2025
Suraxanı rayon İcra Şöbəsi “SABAH” Construction şirkəti barədə qanuni qüvəssini almış QƏTNAMƏNİ hansı səbəbdən icra etmir?
14:20 / 17-04-2025
FHN su altında qalan bu təsərrüfata kömək etmədi - İLGİNC FAKT

Hökumətin mətbuatla MƏNZİL `PRİKOL`U... - Hamı müraciət edə bilər... amma heç kəsə ev düşmür...
Bölməyə aid digər xəbərlər
Sahibə Məmmədova (ad şərtidir) 12 ildir ki, Azərbaycanın müxtəlif hökumətyönlü televiziyalarında montajçı, daha sonra isə reportyor kimi çalışır.
Deyir ki, indiyədək ən yüksək aldığı əməkhaqqı 900 manatı keçməyib.
O da son iki ildə artıb, daha öncə maksimum 600-800 manata işləyib.
Dediyinə görə, həm uşağın və ailənin maddi tələbatı, həm də kirayə qalmaqla indiyədək özlərinə ev ala bilməyiblər:
“Kirayələr də getdikcə bahalaşır. Əvvəl 300 manata tapmaq mümkün idisə, indi normal mənzillərin aylığı 400-500 manatdan başlayır. Maaşımın 50 faizi kirayəyə gedir. Yoldaşımla birgə gəlirimizin isə 35 faizi mənzil kirayəsinə, kommunallara xərclənir. İllərdir ki, pul toplayıb mənzil ala bilməmişik və indi bu, mümkün deyil. Hətta ikinci uşağı məhz evsizliyə görə istəmədik”.
Azərbaycanda yenicə güzəştli mənzil ala biləcək peşə sahiblərinin sırasına jurnalistləri də əlavə ediblər, lakin bəzi şərtlər var.
Qaydalara əsasən, 35 yaşa qədər ən azı 5 il jurnalist işləyən, 35 yaşdan yuxarı 15 il jurnalist işləyən şəxs bu güzəştli ipotekadan istifadə edə bilər.
Tələb olunan sənədlərdə mütləq 5 il və 15 il əmək kitabçasında qeyd olunmalıdır. Yəni ancaq əmək müqaviləsi ilə işləmiş və ya işləyən şəxslər yararlana biləcək.
MİDA iyulun 29-a satış elan edib. Artıq sənədlər toplanma mərhələsindədir.
2021-ci ilin sonu Azərbaycanda qəbul edilən “Media haqqında” Qanun qəbul olunub.
Yeni qanun həmçinin media və jurnalistlərin vahid reyestrinin yaradılmasını nəzərdə tutur.
Reyestrin aparılması qaydaları ölkə başçısının 26 sentyabr 2022-ci ilə tarixli Fərmanı ilə təsdiq edilib.
Həmin vaxt MİDA rəsmiləri açıqlamalarında reyestrdən keçən jurnalistlərin dövlətin güzəştlərindən faydalanacağını bildirmişdi.
İndi jurnalistlər güzəştli mənzil almaqla bağlı imtiyazlılar siyahısına əlavə edilsə də, onlardan əlavə şərtlər tələb edilir.
Sahibə Məmmədova bildirir ki, o da bu il reyestrə müraciət edib, keçib.
Mənzillə bağlı məsələyə gəlincə, o düşünür ki, şərtləri ağırdır:
“Mən bir müddət müqavilə ilə çalışmışam. Əmək kitabçamda olan təcrübə reyestrə bəs edir, lakin ev almaq üçün kifayət deyil. Bircə mənzil söhbətini eşidəndə sevindim. Sonra oxudum ki, mən yaxınına da dura bilmirəm. Bu il də, gələn il də, belə çıxır ki, ömrümüzün sonunadək kirayələrdə sürünəcəyik”.
Meydan TV-nin əməkdaşı prosesin necə baş verdiyini öyrənmək üçün MİDA-nın “qaynar xətti” ilə əlaqə saxlayıb və güzəştli mənzil almaq üçün kabinetin necə yarada biləcəyini öyrənməyə çalışıb.
15 ildən çox jurnalist kimi çalışmış, lakin əmək kitabçasında stajının az olan jurnalistə: “Təəssüf ki, müddət uyğun gəlmir, siz güzəştli mənzil almaq üçün uyğun sayılmırsınız”, – cavabı verilib.
“Reyestrdən keçənlərə güzəştli dövlət imtiyazlarından istifadə edə biləcəkləri deyilmişdi, yalan idi?” sualına isə belə cavab verilib: “Doğrudur, reyestrdən keçən şəxslər müraciət edə bilir. Gənc ailələr də, digərləri də müraciət edə bilər. Sadəcə, sizin yaşınıza görə stajınız şərtlərə uyğun gəlmir. Müraciət edə bilərsiniz, lakin imtina gələcək”. //Meydan TV//
Tarix: 4-07-2023, 10:25
Bölməyə aid digər xəbərlər
25-06-2023, 10:34
ŞAHBUZ: Nə şahlıq yıxılıb... nə vətəndaşa buz kimi münasibət dəyişib... - Hamı özünü Talıbovun dönəmindəki kimi hiss edir...
6-06-2023, 09:21
Ağalar Vəliyev GÖZÜQARADIRMI? - Onu CƏZALANDIRAN OLACAQMI?
9-06-2023, 18:11
UNEC rektoru ilə bağlı ŞOK İDDİALAR... - BU NƏDİ BELƏ?