11 il əvvəl itən təyyarənin axtarışları yenidən başladıldı


11 il əvvəl radarlardan itən “Malaysia Airlines” aviaşirkətinə məxsus “Boeing 777-200” sərnişin təyyarəsinin axtarışları yenidən başladılıb.

Bu barədə məlumatı “9News” portalı yayıb. 

Bildirilib ki, axtarışlara Avtraliyanın qərb sahillərində Sakit okeanda start verilib. 

Əməliyyat Malayziya hökuməti ilə müqavilə imzalayan ABŞ-nin “Ocean Infinity” şirkəti tərəfindən həyata keçirilir. 

Kuala-Lumpurdan Pekinə uçuş həyata keçirərkən itən təyyarənin axtarışları təqribən 15 min kvadrat kilometr ərazini əhatə edəcək. 

Xatırladaq ki, 2014-cü il martın 8-nə keçən gecə göyərtəsində 227 sərnişin və 12 ekipaj üzvü olan təyyarə radarlardan itib. Ehtimallara görə, hava gəmisi Sakit okeanın cənub hissəsində qəzaya düşüb. Həmin dövrdə axtarış əməliyyatı zamanı qəza yerini müəyyən etmək mümkün olmamışdı.

2024-cü ildə isə Malayziyanın nəqliyyat naziri Entoni Loke Sieu Fuk bildirmişdi ki, qurum təyyarənin axtarışlarını bərpa etmək istəyir.


Tarix: Bu gün, 10:36


Bölməyə aid digər xəbərlər