09:45 / 01-02-2025
Avronun dizaynı dəyişəcək
Xırdalan şəhər 2 saylı məktəbdə problemlər bitmir ki,bitmir....


Bildirirəm ki, 30.01.2025 ci ildə Xırdalan şəhər 2 nömrəli məktəbdə birinci yarım ilin yekunları ilə bağlı Pedaqoji Şura iclası keçirilib. İclası giriş sözü ilə məktəbin direktoru Gülnaz Kərimova açıb. Qeyd edim ki Gülnaz Kərimova Dekabr ayından fevral ayının əvvəlinə kimi seçkidə olduğu üçün onun vəzifəsini müavini, həm də yaxın rəfiqəsi olan Nisə Quliyeva icra edir. Lakin yenə də əvvəlki ampulasında olan Gülnaz Kərimova hələ də bilmir ki, seçkidə olan şəxs heç bir səlahiyyətə malik deyil onun bütün vəzifə səlahiyyətlərini seçki müddəti icra edən şəxs yəni Nisə Quliyeva aparmalıdır. Hələ bu harasıdır?

Gülnaz Kərimovanının (şəkildən aydın görsənir) solunda və sağında əyləşən müavinləri də Sevinc xanım, Əsli xanım, və Gülçin xanım seçkidə olduqları üçün onlıarın da bu Şura iclasında iştirakı qanunsuzdur. Rəhbərliyi bacarmayan birinin bu cür qanun pozuntusuna yol verməsi nə dərəcədə düzgündür. Görəsən bu iclasda danışarkən, müəllimlərə irad bildirərkən onlara nösan dolu sözlər istifadə edən bu rəhbərlər heç fikirləşdilərmi ki, biz axı burada qanunsuz olaraq iştirak edib nahaq yerə müəllimlərə iradlar bildiririk. Axı bizim burada əyləşəmək kimi bi ixtiyarımız yoxdur. Hansı haqla özümüz qanunsuz iş görüb digər şəxslərə qanunlardan danışırıq. Hələ mən orada Şəhla xanımı demirəm.O şəhla xanım ki director müavini kimi həvalə əmrini belə alamdan özünü director müavini kimi aparıb ibtidai siniflərdə 7.5 manata kitab satışı ilə məşğuldur.

Gülnaz Kərimova hətta seçkidə olduğu müddətdə öz kabinetində əyləşib vətəndaş qəbullarını həyata keçirərək bütün hamıya səs salır ki burda mənəm Bağdadda kor Xəlifə

Görəsən Abşeron Xızı Regional Təhsil İdarəssinin müdiri İlhamə Abdullayeva niyə bu xanım haqqında tədbir görmür ki bu məktəbin adı bütün Respublikada

"Dillər əzbəri" olub. Bu qədər mi çətindir? Yoxsa başqa maraq var?

Gundelikxeber.org



Tarix: Bu gün, 13:04


Bölməyə aid digər xəbərlər