18:59 / 07-05-2025
DÖVLƏT İMTAHAN MƏRKƏZİNDƏ NƏLƏR BAŞ VERİR? - Təhsil eksperti elə ittihamlar səsləndirir ki...
18:44 / 07-05-2025
Prezident İlham Əliyev: Bu səfər Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm əhəmiyyət daşıyır
17:56 / 07-05-2025
Naxçıvanda vətəndaşa heyvan yemi olan kartofu satırlar... - ETİRAZ VAR...
17:30 / 07-05-2025
Bu təhsil kursları VƏTƏNDAŞLARI ALDADIR - XƏBƏRDARLIQ
17:07 / 07-05-2025
Prezident İlham Əliyevin Vyetnam KP MK Baş katibi ilə məhdud tərkibdə görüşü başlayıb
16:15 / 07-05-2025
"İCRA BAŞÇISI TORPAĞIMIZI SATIB" - Cəlilabad sakini:"Mülkümüzün yarısını 218 000 manata satıblar, qalan hissəsini isə..."
15:16 / 07-05-2025
Vialon” MMC sakinlərlə razılaşmadan söküntü aparır - VİDEO
14:46 / 07-05-2025
“Gömrük dəyərində guya 97 665 manat fərqin olduğunu dedilər”
12:59 / 07-05-2025
Kanalizasiya suları içində itib-batan Sulutəpə... - VİDEO
12:34 / 07-05-2025
Gömrük Komitəsi ilə bağlı ŞOK İDDİA: 97 min “borc” QALMAQALI? - DETALLAR
12:21 / 07-05-2025
Bu yol ikinci dəfə çökdü- Video
11:10 / 07-05-2025
Xanlar Vəliyevin oğlu 14 milyonluq binanı aldı
10:07 / 07-05-2025
Nərimanov rayonunda səkilər necə zəbt olunub?-Video
09:39 / 07-05-2025
Birinci qrup əlil TƏBİB-i ittiham edir, qarşı tərəf isə... - İMİŞLİ SAKİNİNİN AÇIQLAMASINA REAKSİYA
18:23 / 06-05-2025
Xırdalanda qanunsuz tikintiyə kim icazə verib?
17:54 / 06-05-2025
“Uğur 777” klinikasında Xəyalə İsmayılovanı kim qoruma altına alıb?-Video
17:26 / 06-05-2025
Kadırov istefaya GEDİR
16:43 / 06-05-2025
Azərbaycanla Pakistan arasındakı bu memorandumlar təsdiqləndi
16:06 / 06-05-2025
Müvəqqəti açılan körpüdə təhlükəli vəziyyət - Video
15:46 / 06-05-2025
AAAF Parkda yolu bağlayıb, mağaza tikdilər -FOTOLAR
12:22 / 06-05-2025
ABŞ-İran danışıqlarının vaxtı açıqlandı
11:31 / 06-05-2025
Məzahir Pənahovun daha bir dairə sədrinin milyonluq obyekti: QƏDİR KƏRİMOV KİMDİR? - İLGİNC FAKTLAR...
11:08 / 06-05-2025
“Əcəmi”də kran metro keçidi üzərində “at oynadır”:
10:42 / 06-05-2025
Ceyranbatan və Masazır duz gölləri kanalizasiya ilə necə zəhərlənir? - BU DA FAKT!
10:12 / 06-05-2025
“ELEKTRİKDƏN AYRILAN” PİRVERDİYEV... -“AzərEnerji” ASC-nin keçmiş rəhbəri niyə “yoxa çıxıb”?
09:03 / 06-05-2025
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib?
19:33 / 05-05-2025
Çexiya Ukraynaya 500 min iriçaplı mərmi göndərib

Elşad Həsənovun bundan xəbəri yoxdur? - Yeni Yasamalda piyada səkilərində eybəcər köşklər salınır
Bölməyə aid digər xəbərlər

Qurban bayramı günlərində Bakının Yasamal rayonu, Yeni Yasamal adlanan ərazisində, Əsəd Əhmədov küçəsində yol kənarları tam zəbt edilib.
Qaynarinfo-nun məlumatına görə, ötən gecə saat 00:20 radələrində sözügedən küçənin mərkəzi hissəsində yol bağlanaraq, iri dəmir köşk qoyulub.
VİDEO-1 BURADA: https://player.qaynarinfo.az?v=19240&share_user_id=
Əməkdaşımız sözügedən köşkün kimə məxsus olmasını özünü təqdim etməyən şəxsdən soruşduqda onun cavabı belə olub: "Bu köşk mənim yaxınımındır. Daha doğrusu, qazilərindir. Çörək qazanmaları üçün qoyulur. Onlar da pul qazanmalıdırlar və gəlin çörəklərinə bais olmayaq”.
"Bəs bu köşkdən Yasamal Rayon İcra Hakimiyyətinin xəbəri varmı" sualına isə belə cavab verilib: "İcra Hakimiyyətinin icazəsi olmasa, bunu edə bilərik? Bilirsiz nə qədər xərcimiz çıxıb bu işi görməyə?"
VİDEO-2 BURADA: https://player.qaynarinfo.az?v=19241&share_user_id=
Ərazidə yaşayan sakinlər isə piyada səkilərinin zəbti olunması ilə nəticələnən sözügedən eybəcər köşklərin, marketlərin salınmasından narazıdırlar. Onsuz da həmin küçədə piyadaların hərəkəti üçün demək olar ki, yol saxlanılmayıb. Bu azmış kimi, piyada zolaqlarında, yol kənarında insanların avtomobillərin hərəkətindən yayınmaq üçün dura biləcəyi yerlər zəbt edilərək, ticarət köşkləri qurulub. Köşklərin qarşında, yəni piyada keçidlərinin üzərində meyvə-tərəvəz satılır. Sakinlər isə məcbur olub avtomobil yolu ilə hərəkət etməli olur.
Onu da qeyd edək ki, son iki ayda sözügedən ərazidə 10-a yaxın kiçik və iri həcimli eybəcər köşklər qoyulub. Birvaxtlar Bakı şəhəri İcra Hakimiyyətinin başçısı olmuş Hacıbala Abutalıbovun əmri ilə paytaxtda müasir standartlara cavab verən, şəhərin tarixi-memarlıq üslubuna uyğun qoyulan köşklər Yeni Yasamalda yenidən köhnələri ilə əvəzlənib.
VİDEO-3 BURADA: https://player.qaynarinfo.az?v=19242&share_user_id=
Sözügedən ərazidə "Ləziz Hause” restoranlar şəbəkəsi yerləşir. Bir neçə ay əvvəl restoranın qarşısı sökülərək, piyada keçidinə daxil omaqla dönərxana açılıb.
Bütün bu özbaşınalıqların Yasamal Rayon İcra Hakimiyyətinin xəbəri olmadan həyata keçirilməsi mümkün görünmür. Məlumdur ki, bu cür köşklərin qurulması icazəsiz və pulsuz quraşdırılması da mümkün deyil.
Ümid edirik ki, Yasamal İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bu özbaşınalıqdan xəbər tutaraq, problemi ən qısa zamanda həll edəcək.
Qeyd edək ki, eyni proseslər "İnşaatçılar” metrostansiyasının yaxınlığında da baş verir. Bu isə nöbvəti yazımızda...
Tarix: 29-06-2023, 17:05
Bölməyə aid digər xəbərlər
23-06-2023, 14:50
Prezident MN-in komando hərbi hissəsində - Fotolar
4-06-2023, 11:00
Prezidentlə xanımının Türkiyə səfərindən yeni - Fotoları
9-06-2023, 14:41
İlham Əliyev Ələt Azad İqtisadi Zonasının birinci mərhələsinin açılış mərasimində - FOTOLAR
7-06-2023, 09:37
"Borc-xərc edib, istədiklərini verirdim..." - FOTO, VİDEO