14:42 / 28-02-2025
Matvienko Bakıya gələcək
Direktor şagirdləri forma almağa məcbur edir? - FOTO

Sumqayıt şəhərində yerləşən 11 saylı tam orta məktəbdə şagirdlərin məktəbli forması almağa məcbur edildiyi iddia edilir.
 
102xeber.info  Gununsesi.info-ya istinadla xəbər verir ki, bu barədə valideynlərdən biri sosial şəbəkədə paylaşım edib.
 
İddialara görə, direktor Adilə Süleymanova şagirdləri yeni forma almağa məcbur edib.
 
İddialarla bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsinin sözçüsü İlhamə Abdullayeva bildirdi ki, səsləndirilən iddialar əsassızdır:
 
“Adilə xanım idarəmizə çağırılıb, söhbət aparılıb. Belə halların yaşanmadığı müəyyən edilib. Adilə xanım vəzifəyə yeni təyin olunub və orada səliqə-sahman yaradır. Bütün fəaliyyəti qanunlara əsaslanır. Onun yenilik etməsi daxildən və xaricdən kimlərinsə xoşuna gəlmir. O səbəbdən belə dedi-qodular yayırlar”.



Tarix: 29-08-2023, 19:31


Bölməyə aid digər xəbərlər